Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Patruşev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün hazırlıq getdiyini elan etdi
Moskva Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsi üçün onlarla təmasdadır.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Rusiya” sərgi-forumu çərçivəsində “Bilik” cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.
“Qarabağ problemi ilə bağlı Azərbaycan-Ermənistan münasibətlərinin həlli istiqamətində ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi üçün hazırlıq gedir”, - deyə o vurğulayıb.
Mənbə: TASS
"Qarabağ" teqi üzrə xəbərlər
Ən çox oxunanlar