29 
Yan
2024
11:04
8
102
2807
Virtual karabakh

Əməkdar jurnalist xəstəxanadan çıxarılıb: Vəziyyəti ağırdır

29 Yan, 2024
11:04
2807

Əməkdar jurnalist xəstəxanadan çıxarılıb: Vəziyyəti ağırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemlərdən əziyyət çəkən Əməkdar jurnalist Rəhman Məmmədzadənin (Orxan) vəziyyəti ağırlaşıb.

Bu barədə onun oğlu Orxan Məmmədzadə bildirib.

Bir müddət öncə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilən jurnalisti artıq evinə gətiriblər.

“Atam hazırda evdədir, vəziyyəti çox ağırdır, həkimlər ümidverici söz demirlər”, - deyə Rəhman Orxanın oğlu söyləyib.

Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin əməkdaşı, o cümlədən Qarabağ bölgəsi üzrə xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub. 
Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.

2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.

Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri