27 
Fev
2024
15:24
11
47
2242
Virtual karabakh

Birləşən bələdiyyələr necə adlandırılacaq?

27 Fev, 2024
15:24
2242

Birləşən bələdiyyələr necə adlandırılacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bələdiyyələr birləşdirilərkən əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun adlandırılacaq.

“Report”un xəbərinə görə, bu, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, Milli Məclis əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri