27 
Fev
2024
20:28
50
18
1206
Virtual karabakh

COP29-un “Gənclər İqlim Çempionu” Keniya gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb - FOTO

27 Fev, 2024
20:28
1206

COP29-un “Gənclər İqlim Çempionu” Keniya gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 27-də COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova ilə Keniyada fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri arasında görüş keçirilib.

Bu barədə Azərbaycanın Keniyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş Azərbaycanın Keniyadakı səfirliyi, bu ölkənin Milli Gənclər Şurası və QHT-lər Şurasının dəstəyi ilə təşkil olunub.

L.Həsənovanın Azərbaycan nümayəndə heyətinin tərkibində BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) altıncı iclasında iştirak etmək üçün Nayrobi şəhərinə səfəri çərçivəsində keçirilən görüşə Keniyada fəaliyyət göstərən 30-a yaxın gənclər təşkilatının nümayəndələri, Keniya Gənclər və Keniya QHT-lər şuralarının rəsmiləri qatılıblar. Tədbirdə fəxri qonaq qismində Keniyada “Gənclər Çempionu”, “İqlim Fəaliyyəti üzrə Çempion” titullarını daşıyan, “Bəşəriyyət və davamlı inkişaf uğrunda ağıllı mexanikləşdirilmiş kənd təsərrüfatı və ətraf mühit fəaliyyəti Fondu”nun (Smachs Foundation) qurucu rəhbəri Charlene Ruto iştirak edib.

Panel müzakirələri formatında keçirilən görüşdə bildirilib ki, bəşəriyyətin ortaq problemi olan iqlim dəyişikliyi ilə mübarizə yalnız qarşılıqlı dəstək və birgə fəaliyyət çərçivəsində mümkündür. Bu ümumbəşəri məqsədə çatmaq təkcə beynəlxalq təşkilatların məsuliyyəti hesab edilməməli, hər bir insan, habelə QHT-lər, gənclər təşkilatları, biznes dairələri, xeyriyyəçilər və yerli icmalar ətraf mühitin qorunması naminə səfərbər olmalıdırlar. Vurğulanıb ki, gənclər iqlim problemlərinin həlli məsələlərinin davamlı olaraq gündəlikdə saxlanılmasında xüsusi rola malikdirlər.

L.Həsənova bildirib ki, Azərbaycanın multikultural irsi COP29-da bütün tərəfləri bir araya gətirməyə xidmət edəcək, təkcə dövlətləri deyil, gəncləri və vətəndaş cəmiyyəti təşkilatlarını da öz ətrafında birləşdirəcək.

Görüşdə gənc iqlim fəallarını, novatorları və sahibkarları dəstəkləmək üçün yerli hakimiyyət orqanları ilə birgə əməkdaşlıqdan söhbət açılıb.

Səfir Sultan Hacıyev diqqətə çatdırıb ki, bu il Bakı şəhərində keçiriləcək COP29 Azərbaycanla Keniya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf edir və ətraf mühit üzrə fəaliyyətdə Afrikanın lider dövlətlərindən olan Keniya ilə dinamik inkişaf edən əməkdaşlığın daha da möhkəmləndirilməsinə münbit zəmin yaradır. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə qalib gəlmək üçün ilk növbədə, bəşəriyyətin bu problemə yanaşması dəyişməlidir.

Tədbirin fəxri qonağı Charlene Ruto bu görüşün əhəmiyyətini vurğulayaraq, ətraf mühit problemlərinin həllində gənclərin fəaliyyətinə, təşəbbüslərinə dəstək vermək üçün qarşılıqlı işbirliyinin genişləndirilməsini yüksək qiymətləndirdiyini deyib. O, Keniyada iqlim sahəsində həyata keçirilən layihələr, gənclər və vətəndaş cəmiyyəti təşkilatlarının bu layihələrdə iştirakı, əldə olunan mütərəqqi təcrübələr barədə məlumat verib.

Görüşdə COP29-da gənclər təşkilatlarının rolunun vacibliyi, Keniya ilə Azərbaycan arasında, eləcə də regional istiqamət üzrə birgə təşəbbüs və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri