Apr
2022
13:50
75
46
952
Virtual karabakh

“Kontakt”ın dəstəyilə yeniyetmə qızlarçün keçirilən “Her Improvement”in III mərhələsi uğurla yekunlaşıb - FOTO

7 Apr, 2022
13:50
952

“Kontakt”ın dəstəyilə yeniyetmə qızlarçün keçirilən “Her Improvement”in III mərhələsi uğurla yekunlaşıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin ən öndə gələn pərakəndə satış şəbəkələrindən olan “Kontakt”ın dəstəyi və “FemTech” platformasının təşkilatçılığı ilə “Her Improvement” proqramının üçüncü – “Yumşaq bacarıqların təkmiləşdirilməsi” (Soft Skills Development) mərhələsi uğurla tamamlanıb. 

Yeniyetmə qızların inkişafına yönələn proqramın üçüncü mərhələsində proqram iştirakçılarına “Komanda işi”, “Zamanın idarə olunması”, “Sosial şəbəkələrdən düzgün istifadə”, “Effektiv kommunikasiya”, “Stresin idarə olunması”, “Emosional zəka”, “Liderlik və SMART hədəflər” və s. kimi müxtəlif mövzuları əhatə edən təlim və vörkşoplar keçirilib.

Nəticə olaraq iştirakçılar öz şəxslərinə yönəlmiş bilik və bacarıqlar əldə edib, həmçinin komanda daxilində formalaşaraq bacarıqlarını ixtisaslaşdırma imkanı qazanıblar. 

Qeyd edək ki, “Kontakt”ın dəstək olduğu “Her Improvement” layihəsinin əsas məqsədi 12-16 yaşlı yeniyetmə qızlara təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap və netvörkinq mövzularında bilik və bacarıqlar qazandırmaq, bununla da Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək və ölkədə olan qadın startap-innovativ biznes təsisçilərinin sayını artırmaqdır.

Hər zaman sosial məsuliyyət fəaliyyəti ilə seçilən “Kontakt” “Qadınlar İnkişafı Proqramı”na sadiq qalaraq bu istiqamətdə davamlı layihələr həyata keçirir.

Xatırladaq ki, “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Xiaomi”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.
Hal-hazırda sevindirən şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az  onlayn mağazası fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri