28 
Apr
2022
15:33
114
34
1752
Virtual karabakh

“Azər Türk Bank” beşinci rəqəmsal filialını açdı - FOTO

28 Apr, 2022
15:33
1752

“Azər Türk Bank” beşinci rəqəmsal filialını açdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə bank sistemində bir ilk olaraq rəqəmsal ofisini istifadəyə vermiş dövlət bankı “Azər Türk Bank” bu günlərdə özünün sayca beşinci olan “Rəqəmsal 5” filialını müştərilərinin ixtiyarına təqdim etdi.

Filial metronun “20 Yanvar” stansiyası yaxınlığında, H. Zərdabi prospekti, 3166 ünvanda yerləşir.

“Azər Türk Bank”ın yenilənmiş müasir xidmət şəbəkəsində yer alan bu filialda da, bankın digər rəqəmsal ofislərində olduğu kimi, bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

Qeyd edək ki, Bankın ərsəyə gətirdiyi unikal biznes ekosistemi müştərilərin Bankın veb-saytı, mobil tətbiqi vasitəsilə sifarişlərinin qəbulunu, onlayn qaydada sənədləşmə işlərinin görülməsini, daha sonra atb360 mobil əlavəsində banka gəlmədən, 24x7 ödəmə, köçürmə və başqa əməliyyatların rahat və ən qısa müddətdə həyata keçirilməsini mümkün edir. Bu sistem üzrə növbəti və sonuncu mərhələ, lazım olduğu təqdirdə, müştərinin filiala müraciət etməsidir.
Bankın qurduğu ekosistem innovativ xidmət şəbəkəsi vasitəsilə Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri, məhsul və xidmətləri təqdim etməyə imkan verir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, “WhatsApp” (055) 7770 945, yaxud 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri