10 
May
2022
10:00
12
48
887
Virtual karabakh

Radiasiya terapiyası üçün klinikanı necə seçmək olar? - FOTO

10 May, 2022
10:00
887

Radiasiya terapiyası üçün klinikanı necə seçmək olar? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onkoloji xəstələrin 70 faizində radiasiya terapiyası müalicənin bir və ya digər müddətində istifadə olunur (şişləri məhv etməyə və ya azaltmağa imkan verən bir üsuldur). Artıq bir çox klinikalar bu qabaqcıl metodu öz təcrübələrində tətbiq etməyə başladığı üçün ən yaxşı radiasiya onkoloji klinikasını seçmək çox vaxt çətin ola bilər. 24 ildən artıq təcrübəyə malik Türkiyənin “Acıbadem” klinikasının Radiasiya Onkoloqu, professor Fulya Ağaoğlu xərçəngin hərtərəfli və effektiv müalicəsi üçün klinika seçimi zamanı nələrə diqqət edilməli olduğunu izah edir.

1. Müasir cihazlar və infrastruktur

Müasir avadanlıqlar müalicənin təhlükəsizliyini və effektivliyini təmin edir. “Acıbadem” həkimləri “MR Linac”, “CyberKnife”, “Gamma Knife”, yüksək enerji xətti sürətləndiricilər, braxiterapiya cihazları və intraoperativ radioterapiya sistemləri kimi ən son texnologiyalardan istifadə edərək, uzun illərdir ki, mürəkkəb xərçəng hallarının müvəffəqiyyətlə öhdəsindən uğurla gəlirlər. Bütün bu müalicə variantları həkimlərin və xəstələrin ixtiyarında olduqda, bu, onları böyük bir üstünlüklə təmin edir.

2. Komanda işi və multidisiplinar yanaşma

Xərçəng xəstəliyinin müalicəsi bir neçə mütəxəssisin əməkdaşlığını tələb edən uzun bir proses ola bilər və təbii ki, üstünlük ondan ibarətdir ki, bütün həkimlər eyni komandada işləyirlər. Radiasiya terapiyası müalicə prosesinin yalnız bir hissəsidir. Tək (terapevtik vasitə kimi) və ya multidisiplinar müalicədə (kimyaterapiya ilə birlikdə) və ya relapsın müalicəsində (bədənin digər nahiyələrində xəstəlik təkrarlandığı zaman) istifadə edilə bilər. “Acıbadem”də biz bir komanda olaraq işləyirik. Hər bir xəstə onkologiya şurası tərəfindən qiymətləndirilir və biz müalicənin hər mərhələsində metodla bağlı birgə qərar qəbul edirik”, — deyə Fulya Ağaoğlu qeyd edir.

3. Fərdi müalicə

Fərdi müalicə planları xəstənin yaşını, xəstəlik tarixini, vərdişlərini, xərçəngin növünü, yeri, ölçüsü və yayılma dərəcəsini nəzərə alır. “Acıbadem”də fərdi yanaşma onkoloji xəstəliklərlə mübarizənin bütün mərhələlərində müşahidə olunur. Professor izah edir: “Biz, hər bir xəstə üçün qabaqcıl vizuallaşdırma (PET/KT, MRT və digər) üsullarını seçirik, qapalı biopsiya şəklində nümunələr götürə bilərik, patoloji müayinənin ən müasir üsullarından istifadə edirik. Əgər diaqnozdan əmin olmadığmız zaman və ya açıqlana bilməyən bəzi amillərin fərqinə varırıqsa, biz, genetik analiz aparırıq. Başqa sözlə desək, biz, hər bir xəstə üçün müalicəni fərdiləşdiririk”.

4. Böyük təcrübə və bilik

Türkiyənin ən böyük Tibbi Şirkətlər Qrupu olan “Acıbadem” bütün “Acıbadem” klinika şəbəkələrinin aparıcı həkimlərinin cəlb olunması sayəsində xəstə üçün ən uyğun müalicəni tapmaqda ümumi rəyə nail olmaq üçün uzun illər toplanmış təcrübə və biliklərini bölüşür, genişləndirir və artırır.

5. Xəstə baxımı

Rahat ab-hava və qayğıkeş xidmət xəstələrə diqqətlərini sağalmağa yönəltməyə imkan verir. Həkim, “Acıbadem”də tibb mütəxəssislərinin xəstələrə xüsusi qayğı və həssaslıqla yanaşdığı bir mühit yaratmışıq. Beləliklə, kompleks müalicə prosesinin ən yaxşı qayğı ilə təmin olunacağına zəmanət veririk” - deyir.

“Acıbadem” Klinikalar Şəbəkəsinin Nümayəndəliyi:

Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 36, +994 12 595 96 81, +994 55 222 95 81, +994 50 754 69 65.

Eləcə də bütün ən önəmli səhiyyə xəbərlərini qaçırmamaq və dünyanın aparıcı tibb mütəxəssislərindən pulsuz ikinci rəy almaq üçün sosial şəbəkələrimizə abunə olun: “Facebook”, “Telegram”.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri