12 
May
2022
14:01
88
129
4791
Virtual karabakh

Unikal, cazibədar Çin krossoveri “Changan Uni-K” tezliklə Azərbaycanda - FOTO

12 May, 2022
14:01
4791

Unikal, cazibədar Çin krossoveri “Changan Uni-K” tezliklə Azərbaycanda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Changan” brendinin Azərbaycandakı rəsmi nümayəndəliyi “Azərbaycan Avtomobil Evi” “Uni-K” modelinin artıq may ayının əvvəlində Azərbaycan bazarında satışa hazır olduğunu açıqladı.

Uni-K modeli D-SUV seqmentinə aiddir (uzunluğu 4,86 metrdən çoxdur). İstehsalçı yeni modeli səkkiz pilləli avtomat sürət qutusu ilə, 233 at gücünə malik iki litrlik turbo mühərriklə təchiz edib.

“Uni-K” modeli Azərbaycanda iki təchizatda təklif olunacaqdır, 2WD və 4WD. 4WD təchizatında 3 idarəetmə rejimi olacaqdır (4WD, 2WD və auto). 

Krossover öz adını çin dilindən tərcümədə “cazibə” mənasını verən “引力” (“yinli”) sözündən alıb – təsadüfi deyil ki, avtomobilin dəbli dizaynı kifayət qədər marağa səbəb olub.

 Avtomobil çərçivəsiz radiator barmaqlığı, “Y” formalı dinamik işıqlar və avtomatik sensorlu açılan qapı tutacaqları ilə təchiz edilib.

“Uni-K” modeli Azərbaycanda 2022-ci ilin sonunda gözlənilirdi, lakin yüksək satış göstəriciləri və modelə marağın artması səbəbindən Azərbaycanın rəsmi distribütoru “Avtomobil Evi” bu tarixi 6 ay önə çəkə bildi. Avtomobilin ən yüksək təchizatı 69.900 AZN dəyərində təklif olunur və artıq “Uni-K” modeli üçün öncədən sifariş elan edilib.

Ətraflı məlumat üçün:

*5544 

https://changan.az/uni-k/

Babək pr., 74

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri