17 
May
2022
12:35
64
31
1158
Virtual karabakh

“Smart Electronics” “İnşaatçılar” filialını yenilədi - FOTO

17 May, 2022
12:35
1158

“Smart Electronics” “İnşaatçılar” filialını yenilədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda fəaliyyət göstərən altı filial şəbəkəsində sərfəli qiymət və kampaniyaları ilə alıcıların böyük rəğbətini qazanan elektronika məhsulları satış şəbəkəsi “Smart Electronics” yenilənən “İnşaatçılar” filialının açılış mərasimini keçirib.

Bakı sakinlərinə daha rahat xidmət göstərmək və daha geniş məhsul çeşidi təqdim etmək üçün genişləndirilən yeni “İnşaatçılar” filialı Abbas Mirzə Şərifzadə küçəsi 162 ünvanında fəaliyyətə başlayıb.

14 may tarixində baş tutan açılış böyük maraqla qarşılanıb. Şirkət nümayəndələri açılış iştirakçılarına yeni mağazanı, geniş məhsul çeşidlərini, yeni rəsmi partnyorlarını və mağaza konseptini, həmçinin şirkətin onlayn satış platforması olan www.smartelectronics.az saytında edilən dəyişiklikləri təqdim ediblər. Açılışda iştirak edən qonaqlar açılışa özəl endirimli və hədiyyəli kampaniyalardan yararlanıb, “Şans Çarxı” və viktorinalarda iştirak etməklə 100-dən çox pulsuz məhsul qazanıblar.

Artıq altı ildir, elektronika bazarında böyüməkdə olan “Smart Electronics” açılışa özəl kampaniyada 31 mayadək bütün smartfon və planşetlərə 18 ay, digər bütün notbuk, məişət əşyaları, aksesuarlar və 100-lərlə müxtəlif məhsula 24 ay müddətinə faizsiz və komissiyasız daxili hissə-hissə ödəniş imkanı yaradır. “Smart Electronics” həmçinin nağd alışlarda hədiyyələr, “Kartmane” və “Yelokart”la ödəmələrdə 2%, “Umico” ilə alış-verişdə 7%-dək keşbek və “Azal Club” milləri təklif edir. 

Açılışda iştirak edən şirkət rəhbərliyi bildirib ki, “İnşaatçılar”da daha geniş filialın açılması müştərilərin görmək istədikləri bütün brendləri bir arada toplamaq məqsədi güdür və tezliklə - 28 may tarixində açılacaq daha böyük - “Hövsan Meqa Smart Stor”unda da müştərilərin istədiyi yeni məhsul çeşidlərinin təqdimatı keçiriləcək.

Qeyd edək ki, “Smart Electronics” təkcə keyfiyyətli məhsullarla deyil, həmçinin müştəri məmnuniyyətini əsas götürən konsultasiya imkanları ilə də fərqlənir. Belə ki, alıcılar *2999 nömrəsi ilə əlaqə saxlayaraq və ya şirkətin rəsmi veb-səhifəsi olan www.smartelectronics.az saytına daxil olaraq bəyəndikləri məhsullar barədə ətraflı məlumat ala, onların ehtiyaclarına cavab verən ən doğru məhsulu seçməkdə mütəxəssis köməyindən yararlana bilərlər. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri