19 
May
2022
10:15
55
8
670
Virtual karabakh

Bakı Su İnnovasiya Forumu yekunlaşdı

19 May, 2022
10:15
670

Bakı Su İnnovasiya Forumu yekunlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 may tarixində “Baku Marriott Hotel Boulevard” oteldə ölkəmizdə ilk dəfə olaraq Bakı Su İnnovasiya Forumu baş tutub.

“Water For Future” şüarı altında keçirilən forumda xarici və yerli mütəxəssislər, şirkət rəsmiləri, o cümlədən bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları iştirak edib. Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “Aqualink” şirkətinin icraçı direktoru Orxan Mikayılın açılış nitqi ilə forum başlayıb.

“Aqualink” MMC təşkilatçılığı, “Nijhuis Saur Industries”, “A. O. Smith” və “Hach”, şirkətlərinin və “Facemark” MMC-nin təşkilati dəstəyi ilə keçirilən forum çərçivəsində gün ərzində 3 panel üzrə müzakirələr aparılıb.

“Suyun İdarəedilməsi, Səmərəli Həllər və Qabaqcıl Texnologiyalar” mövzusuna həsr olunmuş I panel spikerləri - Aşkın Aksu, Cem Abdullahoğlu, Firudin Tağıyev, Zaur Salmanlı, Tuncay Oktav və Riad Axundzadənin çıxışı ilə müzakirə olunub. Panel zamanı suyun həyatımız üçün vacibliyi, su ehtiyatlarından səmərəli istifadə, eyni zamanda hazırkı dövrdə yarana biləcək su çatışmazlığına qarşı ciddi tədbirlər görülməsi vurğulanıb. Daha sonra iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.

Ətraf mühitin qorunması və təbii ehtiyatların idarə edilməsi sahəsində fərdi məsləhətçi Amin Məmmədovun moderatorluğu və spikerlər - Emiel Koster, Dmitry Molokonov, Aigul Nurmagambetova, Ceyhun Kazimov, Mütəllim Əbdülhəsənov, Rövşən Abbasovun çıxışı ilə II panel “Çirkab (tullantı) sularının idarəedilməsi, təkrar emal və ətraf mühitə təsirləri” mövzusuna həsr olunub.

Xəzər universitetinin professoru Rövşən Abbasov çıxışı zamanı bildirib ki, ölkəmizdə olan çaylar yalnız suvarma və içməli su mənbəyi deyil, onlar dünyanın ən qiymətli balıqlarının yaşadığı yerdir. Azərbaycan 2040-cı ildə çox güclü su stressi yaşayan ölkə olacaq. Yeganə çıxış yolu isə qənaət etməyimizdir.

III paneldə “Ekol Mühəndislik Xidmətləri” QSC “Ekologiya” İdarəsi - rəis müavini Əflatun Həsənovun moderatorluğu və spikerlər Archil Nasraşvili, Cəmil Babayev, Emin Dostiyari, Alex Şraer, Gülnarə Abbasova ilə birlikdə “Suyun keyfiyyətinin idarəedilməsi, analiz və nəzarət texnologiyaları” mövzusu müzakirə olunub. 

Forumun sonunda keçirilən viktorinada qalib olan şəxslər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri