23 
May
2022
14:16
60
12
941
Virtual karabakh

“Azerbaijan Fish Farm” Azərbaycan Milli Kulinariya çempionatının tərəfdaşıdır - FOTO

23 May, 2022
14:16
941

“Azerbaijan Fish Farm” Azərbaycan Milli Kulinariya çempionatının tərəfdaşıdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Milli Kulinariya çempionatı keçirilib.

“Qızıl Şah” adı altında keçirilən yarış görkəmli azərbaycanlı şef-aşpaz Şahhüseyn Kərimovun xatirəsinə həsr olunub. 

Çempionat Azərbaycanın ən böyük ərzaq məhsulları və içki sərgilərindən biri olan “InterFood Azerbaijan” Qida Sənayesi Sərgisi çərçivəsində baş tutub. Çempionatın balıq kateqoriyasında tərəfdaşı “Azerbaijan Fish Farm” şirkətidir. Azərbaycanda balıqçılıq sahəsinin ən böyük investoru olan şirkətin layihələri yeni balıqyetişdirmə təsərrüfatlarının yaradılmasına və Xəzər dənizində biomüxtəlifliyin bərpasına yönəlib. 

Xatırladaq ki, “Azerbaijan Fish Farm” Azərbaycan ərazisində nərəkimilər fəsiləsinin növlərinin və alabalığın yetişdirilməsi üzrə müasir texnologiyalar üzrə yenilikçi şirkət, həmçinin nərə kürüsünün istehsalçısıdır. Bütün məhsullar üzrə istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına cavab verir. Bu isə, öz növbəsində, Xəzər dənizinin ekosistemini qorumağa, onun biomüxtəlifliyini qoruyub bərpa etməyə kömək edir.

“Azerbaijan Fish Farm” müxtəlif yeməklərin hazırlamaları üçün peşəkar aşpazlardan və həvəskarlardan ibarət çempionat iştirakçılarına nərəkimilər fəsiləsindən balıqlar təqdim edib. 

Şirkətin çempionatla tərəfdaşlığı təkcə ölkənin balıq seqmentinin böyük və inkişaf etməkdə olan potensialının nümayişi baxımından deyil, həm də sağlamlıq üçün xeyirli olan balıq istehlakının təbliği baxımından əhəmiyyətlidir. Belə ki, balıq faydalı qida məhsulu olmaqla yanaşı həm də yüngül zülalın, lazımi mikroelementlərin və faydalı yağların mənbəyidir. Azərbaycanda akvakultura sektorunun inkişafını nəzərə alsaq, “Azerbaijan Fish Farm” şirkəti tərəfindən balıq məhsullarından istifadənin istehlak mədəniyyətinin təbliği balığa olan tələbin fəal şəkildə təmin edilməsinə öz töhfəsini verəcək. Şirkət hər bir istehlakçının tələbini qarşılamaq üçün kifayət qədər balıq məhsulları istehsal edir. 

Qeyd edək ki, “Azerbaijan Fish Farm” genişmiqyaslı istehsal layihələri həyata keçirir. Onlardan biri Neftçala rayonunun Yenikənd qəsəbəsində nərəkimilərin yetişdirilməsi ferması və Xəzər sahilində bu müəssisəyə inteqrasiya olunmuş istehsal təsərrüfatıdır. Məhz burada - Bankə qəsəbəsində 1954-cü ildə Azərbaycanda ilk təcrübi nərə balığı yetişdirmə zavodu tikilib. Şirkət ən son müasir texnologiyalardan istifadə edərək bu zavodun təkmilləşdirilməsini və modernləşdirilməsini həyata keçirib. “Qızıl şah” çempionatının iştirakçısı olan xarici qonaqlar, o cümlədən Fransa, İtaliya, BƏƏ, Serbiya, Monteneqro, Sloveniya və İsveçrədən olan kulinariya və aşpaz heyətlərinin nümayəndələri şirkətin xüsusi dəvəti əsasında bu təsərrüfatda olublar. 

Qonaqlara nərəkimilərin yetişdirilməsi, “BakuCaviar” brendi altında qara kürü istehsalı və satışı haqqında məlumat verilib. Bu brend Azərbaycan qara kürüsünün beynəlxalq aləmdə şöhrətini geri qaytarıb. Qeyd olunub ki, şirkət öz vəsaitlərinə və elmi araşdırmalara investisiya yatırır, Şotlandiyanın Stirlinq Universiteti kimi xarici elmi mərkəzlərlə əməkdaşlıq edir, həmçinin “Blue Marine Foundation” kimi təbiəti mühafizə edən aparıcı beynəlxalq təşkilatlarla sıx münasibətlər saxlayır. 

“Azerbaijan Fish Farm”ın istehsal təsərrüfatına tanışlıq səfərindən sonra xarici qonaqlar gördükləri barədə müsbət fikirlər səsləndirib, heyranlıqlarını gizlədə bilməyiblər. 

“Azərbaycanda balıqçılıq sahəsinin inkişafı valehedicidir. Azərbaycanın bu sahədə malik olduğu böyük potensial həm “Azerbaijan Fish Farm” şirkəti, həm də ölkənin özü üçün dünya bazarlarında böyük imkanlar və perspektivlər yaradır”, - BƏƏ-nin aşpazlarından ibarət nümayəndə heyətinin rəhbəri Mişel Uve bildirib. 

“Kürünün dadı məni valeh etdi. Son dərəcə dadlıdır. Bu dadı sözlə ifadə etmək mümkündür. Heyran oldum! “Azerbaijan Fish Farm”ın məhsulları yüksək keyfiyyətə malikdir. İstehsal beynəlxalq keyfiyyət standartlarına uyğundur”, - tanınmış isveçrəli aşpaz, aparıcı və müəllif Stevo Karapanca deyib. 

Serbiya aşpazlarından ibarət nümayəndə heyətinin başçısı Qoran Radivojeviç isə öz növbəsində BƏƏ və İsveçrədən olan həmkarlarının fikirlərinə qoşulub. O, elmi araşdırmalara investisiya yatırılmasının, Xəzər dənizində biomüxtəlifliyin saxlanmasının və bərpasının vacibliyini vurğulayıb.

“Azerbaijan Fish Farm” bundan sonra da Azərbaycanın balıq bazarının potensialının təbliğində aktiv fəaliyyətini davam etdirəcək və ölkədə balıq istehlakı mədəniyyətini daha da inkişaf etdirəcək.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri