24 
May
2022
10:15
47
19
1081
Virtual karabakh

“City Park” #ByCafeCity-nin balaca qonaqları təbiətin mühafizəsində iştirak edirlər! - FOTO/VİDEO

24 May, 2022
10:15
1081

“City Park” #ByCafeCity-nin balaca qonaqları təbiətin mühafizəsində iştirak edirlər! - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq bilirsiniz ki, #ByCafeCity fevral ayından etibarən hər həftənin şənbə-bazar günləri kafe və restoranlarında balaca dostlar üçün əyləncəli, məlumatlandırıcı “master-class”lar təşkil edir.

Bu tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlara yaradıcılıqla yanaşı, kiçik yaşlarından təbiəti sevməyi, ekologiyanı qorumağı, ətraf mühitin mühafizəsini öyrətməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində də adıçəkilən nazirliyin əməkdaşlarının iştirakı ilə 22 may tarixində “CityPark” restoranının ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EkoSfera” Sosial-Ekoloji Mərkəz İctimai Birliyi və “CityPark” #ByCafeCity tərəfindən “Təbiəti qoruyaq!” adı altında “Plastikləri atma, onlara ikinci həyat ver!” lozunqlu tədbir keçirilib.

“Master-class” zamanı balaca dostlarımız plastik qablardan düzəltdikləri dibçəklərə müxtəlif ağac və gül toxumları əkiblər. Sonda viktorinalar təşkil olunub, qaliblər mükafatlandırılıblar.

Uşaqların inkişafı məqsədilə gələcəkdə də bu kimi silsilə tədbirlər keçiriləcək, sizi də övladlarınızla birgə o tədbirlərə qatılmağa dəvət edirik:               

“#ByCafeCity ailəsi olaraq sonda ekoloqlarımızı peşə bayramı münasibətilə təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq!”

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri