18 
İyl
2022
12:30
60
19
1645
Virtual karabakh

“XalqKart” - Hər yerdə ödənişlərdən pulsuz yanacaq və keşbek qazandıran yeni ödəniş kartı!

18 İyl, 2022
12:30
1645

“XalqKart” - Hər yerdə ödənişlərdən pulsuz yanacaq və keşbek qazandıran yeni ödəniş kartı!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin aparıcı banklarından olan “Xalq Bank” özündə bir çox imkanları birləşdirən yeni “XalqKart Petrol” və “XalqKart Cashback” kartlarını təqdim edir! Artıq sərbəst vəsaitləri karta yerləşdirərək xərcləmək daha sərfəli olacaq!

“XalqKart Petrol” sahibləri həm ölkə daxilində, həm də xaricdə ticarət və xidmət obyektlərində nağdsız ödənişlər həyata keçirməklə hər əməliyyata görə “Oil” bonusları qazanacaq və həmin bonusları pulsuz yanacağa çevirə biləcəklər. Avtomobil sahibləri üçün əvəzsiz şərtlərlə və “Hər yerdə ödəniş et, PETROL qazan!” şüarı  ilə təqdim edilən bu kart bütün nağdsız ödənişlərdən 3%, Bankın tərəfdaş şəbəkəsində ödəniş edərkən 40%-dək “Oil” bonus qazandırır. Toplanmış “Oil”lər ölkənin ən geniş “Azpetrol” YDM şəbəkəsində 1 Oil = 1 AZN dəyərində yanacağa dəyişdirilir. Beləliklə, müştərilər gündəlik alış-veriş etməklə həm də yanacaq sərfiyyatında qənaət etmiş olacaqlar.

“XalqKart Cashback” - xərclədikcə rahat şərtlərlə keşbek qazandıran ödəniş kartıdır. 4 valyutada olmaqla (AZN/USD/EUR/GBP) 3 il müddətinə təqdim edilən bu kartla aparılan gündəlik alış-verişlər və nağdsız ödənişlər 2%, tərəfdaş şəbəkəsində edilən ödənişlər isə 40%-dək keşbek qazandırır.

Milli valyutada olan “XalqKart Petrol” və “XalqKart Cashback” kartları müştərilərə kart hesabındakı qalığına  hər ay əlavə illik 2% gəlir də qazandırır. Həmçinin “XalqKart”da hesabda olan vəsaitləri “Xalq Bank”ın bankomatlarında  komissiyasız nağdlaşdırma və balansın komissiyasız artırılması imkanları mövcuddur.

Hər zövqə uyğun 4 nəfis dizayn və rəngdə təklif edilən “XalqKart”ı əldə etmək çox rahatdır: bunun üçün kartı onlayn sifariş etmək, yaxud Bankın geniş filial şəbəkəsinə müraciət etmək kifayətdir. “XalqKart” haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz:

https://www.xalqbank.az/az/for-life/services/cards/xalqkart-petrol/; https://www.xalqbank.az/az/for-life/services/cards/xalqkart-cashback/ .

Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı “Xalq Bank”ın rəsmi “Facebook” və “Instagram” səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri