13 
Avq
2022
11:07
44
40
707
Virtual karabakh

FMG şirkəti “Cubics Technology” ilə biznes idarəetmə sistemini uğurla tətbiq etdi

13 Avq, 2022
11:07
707

FMG şirkəti “Cubics Technology” ilə biznes idarəetmə sistemini uğurla tətbiq etdi

Ölkənin qabaqcıl şirkətlərindən biri olan “Facility Management Group” (FMG) uzun müddət ərzində daxili biznes proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üçün biznes həlli axtarırdı. Müxtəlif yerli və xarici şirkətlərin təkliflərini və həllərini nəzərdən keçirdikdən sonra FMG şirkəti məhz “Cubics Technology” şirkətinin “Cubics BMS” biznes idarəetmə sisteminin xeyrinə qərar verib və bu həlli uğurla tətbiq edib.

Şirkət rəhbərliyi xəbər verir ki, FMG şirkəti üçün özəl hazırlanan “Cubics BMS” kompleks ERP həlli CRM müştəri bazası, satış, gələn müraciətlərin detallı izlənilməsi, icarə ilə bağlı əməliyyatlar, çağrı mərkəzi, marketinq, tapşırıqlar, kadrlar, xidmətlər, layihələr kimi modulları özündə birləşdirib.

Bundan əlavə, bu həll FMG şirkətinin digər daxili biznes proseslərinin idarəsi üçün nəzərdə tutulmuş daxili proqram təminatı ilə də inteqrasiya edilib, bu da öz növbəsində FMG şirkətinə “Cubics BMS” sistemi sayəsində bütün biznes prosesləri tək pəncərə üzərindən izləməyə, nəzarət etməyə və idarə etməyə imkan yaradıb.

“Facility Management Group” daşınmaz əmlakın icarəsini və idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Şirkətin əmlak portfelində 200-dən artıq kommersiya obyekti, 100-dən çox mənzil və villa, beş ədəd biznes mərkəzi, iki ədəd ticarət mərkəzi və digər müxtəlif təyinatlı daşınmaz əmlaklar mövcuddur.

“Cubics Technology” 100-dən çox şirkətlə əməkdaşlıq edən, müxtəlif fəaliyyət ilə məşğul olan şirkətlər və fərdi sahibkarlar üçün biznes idarəetmə sistemləri və digər biznes həlləri təqdim edən aparıcı texnoloji şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri