16 
Avq
2022
12:02
26
55
1028
Virtual karabakh

“Coca-Cola” “Next Talent” adlı təcrübə proqramına start verir - FOTO

16 Avq, 2022
12:02
1028

“Coca-Cola” “Next Talent” adlı təcrübə proqramına start verir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Coca-Cola” şirkəti Azərbaycanda fəaliyyət göstərən universitetlərin tələbələri üçün “Next Talent” adlı təqaüd əsaslı təcrübə proqramına start verir.

Proqramın məqsədi tələbələrin uğurlu karyera başlanğıcına dəstək olmaq, onları real iş mühiti və sistemləri ilə tanış etmək, müvafiq sahədə təcrübə qazanmaqlarını təmin etməkdir.

Şirkətin bütün fəaliyyət sahələrinə aid edilən proqrama müraciət edən 200-dən çox tələbə arasından ilkin mərhələdə bir sıra onlayn testlərdən uğurla keçən tələbələr seçilib və onlarla yaxından tanış olmaq məqsədilə “Coca-Cola”nın istehsalat zavoduna tur təşkil edilib.

Zavod turunda təcrübəçilərə şirkətin fəaliyyəti və istehsalat prosesi barədə məlumat verilib. 
“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova bildirib ki, tələbələrə karyera inkişafı sahəsində dəstək olmaq şirkətin prioritetlərindəndir: “Coca-Cola” uğurlu başlanğıcların şirkətidir. Biz şadıq ki, azərbaycanlı tələbələr beynəlxalq şirkətdə təcrübə keçməyin dəyərinin fərqindədirlər. Bunu proqrama olan maraqlarından bilmək olur. Təcrübəçilərimizə faydalı olacağımıza inanırıq. Hər bir iştirakçıya uğurlar diləyirik”.

“Next Talent” proqramını başa vuran tələbələr arasından seçilən namizədlər 6 aylıq müddətdə yarım-günlük təqaüd əsaslı təcrübə keçmək imkanı əldə edəcəklər.  

Qeyd edək ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan “Coca-Cola” Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. “Coca-Cola” məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin “Coca-Cola İçecek” şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan “Coca-Cola İçecek” 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri