Sen
2022
08:05
21
142
2135
Virtual karabakh

Azərbaycanda ev internetinin inkişafı - FOTO

8 Sen, 2022
08:05
2135

Azərbaycanda ev internetinin inkişafı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Evdə internetə çıxış artıq Azərbaycan əhalisinin çoxunun həyatının adi bir hissəsinə çevrilib.

Dünyada bu xidmətin necə inkişaf etməsi və bizi gələcəkdə nələrin gözləməsi Huawei şirkətinin ekspertləri İsmayıl Quliyev və Pavel Sirotnikin ilə araşdırılıb.

Son dövrlər genişzolaqlı internetə çıxış (GZÇ) yaxşı yaşam tərzinin tərkib hissəsinə çevrilib.

Pandemiya və insanların həyat tərzlərinin dəyişməsi yaşayış mənzillərini yaşayış mühitindən uzaqlaşdırılmış iş yerlərinə, onlayn-təhsil kabinetinə, şəxsi kinoteatr və əyləncə mərkəzinə çevirdi. Keyfiyyətli genişzolaqlı internetə çıxış bizə yalnız çıxılmaz vəziyyətlərdə yardımçı olmur, eyni zamanda qohumlarla görüntülü danışıq, yeni biliklərin əldə olunması, bütün dünyadan maraqlı kontentlərin və rəqəmsal dövlət xidmətlərinin əldə olunması kimi yeni imkanlar yaradır.

Bütün bunlar isə sürətli və keyfiyyətli internetə çıxışın olmasını tələb edir. Bu ümumdünya tendensiyası təkcə Avropa və Cənub-Şərqi Asiyanın inkişaf etmiş ölkələrinə təsir etmir, biz Azərbaycanda da eyni problem və eyni həlləri müşahidə edirik.

İnternetə çıxış müxtəlif texnologiyalar vasitəsi ilə mümkündür. Azərbaycanda tarixən ilk qurulmuş və hazırkı dövrdə də geniş tətbiq olunan texnologiya ADSL-dir. Bu texnologiya mis kabel vasitəsi ilə 6-10 Mbit/san sürətli internet xidmətini dəstəkləyir, lakin bu qabaqcıl istifadəçilərin gözləntilərinə heç də cavab vermir. Ən son texnologiyalar olan GPON və ya FTTH vasitəsi ilə və ya şəbəkə operatorunun optik kabeli abunəçinin şəxsi evinə və ya mənzilinə çəkməsi ilə, istifadəçiyə ADSL sürətindən 100-1000 dəfə yüksək olan və sürəti 1-10 Gb/san olan internet təklif oluna bilir.

Mis kabellərin olmadığı və optik kabellərin hələ çəkilmədiyi ucqar və ya əlçatmaz bölgələrdə isə adətən LTE / 4G mobil şəbəkəsinə qoşulmuş modemlərdən və ya onlarla, yüzlərlə Mbit/s sürətə malik ən son 5G standartından istifadə edilir.

Xidmətin görünən sadəliyinə və dəyişməzliyinə baxmayaraq, genişzolaqlı internet çıxışı (GZÇ) sahəsində əhəmiyyətli dəyişikliklər baş verir. Mis kabel üzərindən qurulmuş ADSL texnologiyaları tədricən keçmişdə qalır və getdikcə daha çox dünya səbəkə operatorları daha yüksək sürətli GPON texnologiyasına üstünlük verirlər.

1-ci trend olaraq, GPON ev Genişzolaqlı İnternet Çıxışı standartına çevrilir

Genişzolağlı internet çıxışının inkişafında haqlı olaraq Çin və bəzi Avropa ölkələri (İslandiya, İspaniya və s.), Azərbaycanın MDB-dəki partnyorları arasında isə - Rusiya və Belarus liderlər hesab olunurlar. Son illərdə Qazaxıstan və Özbəkistanda GPON optik çıxışının (və hətta 10 qat daha sürətli 10GPON) tikintisi intensivləşib və bu təşəbbüs rəqəmsal dövlətin inkişafı üzrə dövlət proqramının bir hissəsinə çevrilib. Ucqar və uzaq bağ yaşayış ərazilərinin optika vasitəsi ilə qoşuntularının sayı da həmçinin artmaqdadır, yüksək surətli qoşulmalar bir vaxtlar internetin ümumiyyətlə olmadığı və ya abunəçilərin mobil telefondan modem kimi istifadə etdiyi ərazilərə də çatır.

Azərbaycanda da fərdi internet qoşulmalarında müasir texnologiyalardan istifadə edilir. Burada GPON yeni abunəçilərin qoşulması üçün əsas təşkil edir və bu, nəinki daha yüksək sürətli internet çıxışının inkişafı, eyni zamanda UHD-keyfiyyətli videolar, bulud üzrə oyunlar, genişləndirilmiş və AR/VR virtual reallıq ilə tətbiqlər kimi yeni xidmətlərin yaranması üçün yaxşı texnoloji bünövrədir.

2019 və 2023-cü illər üçün optik (FTTH) və mis (xDSL) kabellərə qoşulmuş ev təsərrüfatlarının faizi (proqnoz)

2-ci trend. Rusiyada genişzolaqlı internetə çıxış abunəçilərinin yarıdan çoxu 100 Mbit/s-dən yuxarı tariflərə qoşuludur

Yüksək sürətli optik genişzolaqlı şəbəkənin irəliləyişinin iki əsas səbəbi var: istifadəçilərin tələbatı və dövlətin aktiv mövqeyi. İstifadəçilər tərəfindən vərdiş edilmiş 10-20 Mbit/s sürətlər artıq yetərli deyil, bir neçə ailə üzvü eyni vaxtda onlayn rejimdə videolara baxdıqda, işlədikdə və ya oxuduqda, xidmətlərin keyfiyyəti pisləşir. Yüksək HD və ya 4K dəstəkli video, bulud və onlayn oyunlar, interaktiv videokonfranslar da daxil olmaqla məzmunun aktiv inkişafı, Çin və Avropadakı bəzi operatorların (məsələn, İsveçrədə Sunrise) 1 Gbps-dən yuxarı tariflər təklif etməsinə səbəb olur. 

2019-cu il üçün dünyada ev interneti sürəti 1 və 10 Gb/s, Çində isə 500 Mb/s və 1 Gb/s tarifləri olan operatorların sayı

Rusiyada abunəçilərin yarıdan çoxu artıq 100 Mbit/s-dən yuxarı sürətlə genişzolaqlı internet tariflərinə qoşuludurlar. Moskva, Sankt-Peterburq, Yekaterinburq kimi böyük şəhərlərdə isə istifadəçilər sürəti 200, 500 Mbit/s və hətta 1 Gbit/s olan tarifləri seçirlər.

Rusiyada ev İnternet Tariflərinin abunəçilərin sayına uyğun olaraq bölgüsü

Tarif sürətinin artması həm də genişzolaqlı internet çıxışı qiymətinin artmasına səbəb olur, lakin bu, məsələn, mənzil-kommunal xidmətlərində olduğu kimi, yalnız eyni xidmətin dəyərinin indeksləşdirilməsini ehtiva etmir. Genişzolaqlı internet çıxışı halında, bir ay üçün müəyyən olunan xidmət haqqında kiçik qiymət artımı müqabilində abunəçi həqiqətən də əhəmiyyətli dərəcədə yüksək sürət əldə edir hansı ki, həm müştərini, həm də şəbəkə operatorunu razı salacaq “More for more” prinsipinə uyğun gəlir. 

Dövlət də öz növbəsində, yüksək keyfiyyətli və sürətli genişzolaqlı internet çıxışının, eləcə də digər telekommunikasiya xidmətlərinin inkişafında son dərəcə maraqlıdır - İKT sektoruna investisiyalar nəinki vətəndaşların həyat keyfiyyətini və biznes mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, həmçinin ÜDM artımını əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan yaradır.

3-cü trend. Ev Wi-Fi xidmətinin keyfiyyətinin artırılması

Bununla belə, bir ev və ya mənzili optika vasitəsilə internetə qoşmaq kifayət etmir - sürət nə qədər yüksək olarsa, ev Wi-Fi-yı rabitə keyfiyyətinə bir o qədər çox təsir edəcəkdir. Bu tarixən operatorlar üçün “qaranlıq qüşə” olub - ev şəbəkəsi müştərilərin narazılığı və çox vaxt başqa bir provayderə keçməsinin səbəbkarı olur. Bizdə olan məlumatlara görə, “pis internet” səbəbi ilə edilən zənglərin 55% -dən 90% -ə qədəri Wi-Fi ilə bağlı problemlərdən qaynaqlanır. Bu, xüsusilə hər bir mənzildə bir-birinə müdaxilə edən giriş nöqtələrinin quraşdırıldığı çoxmənzilli binaların sakinləri tərəfindən kəskin hiss olunur. Bu problem müasir ikizolaqlı Wi-Fi marşrutlaşdırıcılarından istifadə etmək, əlavə “Mesh” təkrarlayıcılar (AP) quraşdırmaq və ya yeni Wi-Fi 6 standartına keçid etməklə həll edilir.

Tədricən daha çox dünya operatorları problemin miqyasını dərk edir və xidmət keyfiyyətini artırmaq, əlavə gəlir əldə etməyi hədəfləyir. Xarici operatorların təcrübəsi göstərir ki, sistemli yanaşma öz bəhrəsini verir: müştərilər qayğını yüksək qiymətləndirir və tövsiyələrə qarşılıq verirlər. Digər ölkələrlə müqayisə etsək, Azərbaycanda ev internetinin keyfiyyəti ilə müştərilərin gözləntiləri arasında böyük bir fərq vardır. Bunun əsas səbəbi, xüsusiyyətləri heç də həmişə müasir şərtlərə və qoşulma sürətinə cavab verməyən köhnəlmiş ev Wi-Fi marşrutlaşdırıcılarıdır.

4-cü trend. Wi-Fi 6 standartının aktiv tətbiqi

Bir çoxları 5G mobil texnologiyasının böyük imkanları haqqında eşidib. Bu texnologiyanın Azərbaycanda yaxın illərdə kütləvi şəkildə tətbiqini gözləməyə dəyməz, lakin bununla belə, telekommunikasiya operatorları artıq Wi-Fi 6 əsasında evdə - 1-2 Gb/s sürətlə və 1 ms gecikmə ilə oxşar xidmətləri göstərə bilərlər (bu, xüsusilə videokonfrans, striminq və oyunlar və s. üçün vacibdir).

Huawei Avrasiyanın bir çox şəbəkə operatorları ilə birgə Wi-Fi 6 imkanlarını sınaqdan keçirir və nümayiş etdirir. Rusiya, Özbəkistan və digər ölkələrdə aparılan sınaqlar ev şəraitində 1 Gb/s-dən çox sürətin təmin edilməsinin mümkünlüyünü təsdiqləyir və artıq bu il ərzində bu ölkələrin abunəçiləri üçün ev şəraitində Wi-Fi 6 şəbəkələri təmin ediləcəkdir.

5-ci trend. Genişzolaqlı internet çıxışı və mobil rabitə (FMC) paket tariflərinin hazırlanması

2022-ci ilin mühüm tendensiyalarına dünyada artan sayda operatorlarda rast gəlinən genişzolaqlı internet çıxışı və mobil internet (FMC) paket təkliflərinin davamlı inkişafı daxildir.

Beləliklə, Rusiyada Beeline və MTS-də yeni genişzolaqlı internet çıxışı əlaqələrinin əhəmiyyətli bir hissəsi artıq konvergent təkliflərin bir hissəsi kimi həyata keçirilir və Rostelecom da həmçinin həmin istiqamətdə hərəkət edir. Texnologiyaların inkişafı insanlara yaxın gələcəkdə hər yerdə (evdə Wi-Fi 6 + 10GPON vasitəsilə, yolda perspektivli 5G texnologiyası ilə) internetə sabit giqabit çıxışı imkanını əldə etməyə yol verəcək. Otağa kimi optika - FTTR texnologiyası da ilk addımlarını atmaqdadır.

Yekunda,dünyada 2022-2023-cü illər üçün fərdi internet inkişafının əsas tendensiyalarını vurğulayaq:

1. GPON texnologiyası üzərindən genişzolaqlı internet çıxışları qoşulmalarının sayının artması - “mənzilə kimi optika”;

2. 100Mbit/san-1Gbit/san sürətli çevik internet tariflərinin təmin olunması;

3. Ev Wi-Fi keyfiyyətinin yaxşılaşdırılması;

4. Wi-Fi 6 standartının aktiv tətbiqi;

5. Ayrı-ayrı ev və mobil internet müqavilələrindən birləşdirilmiş genişzolaqlı internet çıxışları və mobil rabitə (FMC) paket təkliflərinə keçid.

Biz Azərbaycan sakinləri üçün ev internetinin inkişafı tendensiyalarını nəzərdən keçirmişik, lakin bu xidmət həmçinin biznes üçün də böyük əhəmiyyət kəsb edir. Ölkənin turizm, kənd təsərrüfatı və tikinti kimi dinamik inkişaf edən sənaye sahələrinə nəzər salsaq, bütün bu müəssisələr üçün qlobal şəbəkəyə qoşulmanın keyfiyyətinin və yüksək sürətin həyati əhəmiyyət kəsb etdiyini aşkar edə bilərik. Təsəvvür edin ki, hoteldə stabil interneti olmayan, sosial şəbəkələrdə öz emosiyalarını dostları ilə bölüşə, “Mesencer”lərdə videozəng vasitəsilə qohumları ilə əlaqə saxlaya və sabahkı marşrutunu yoxlaya bilməyən turist nə hisslər keçirir! Yüksək keyfiyyətli şəbəkəyə çıxış təkcə “müsbət” cəhətlərdən biri deyil, hazırda bu turizmin və iqtisadiyyatın digər səhələrinin uğurlu inkişafı üçün zəruri bir elementdir. 

Azərbaycanda ev internetinin inkişafı kifayət qədər yüksək sürətlə gedir. GPON texnologiyası üzrə optik çıxış fəal şəkildə tətbiq edilir, yaşayış məntəqələrinin əhatə dairəsi artırılır, ucqar kəndlər yüksəksürətli internetlə təmin edilir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin Müşaviri Rəşad Bayramov son çıxışında deyib:

“Dövlət telekommunikasiya operatorları və özəl şirkətlər arasında dövlət-özəl tərəfdaşlıq modeli (PPP) ilə gücləndirilmiş birgə səylər nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən fiber-optik kabel şəbəkəsi qurmağı hədəfləyirik”.

Dövlətin bu planlarını və qlobal tendensiyaları nəzərə alaraq, abunəçiləri ev internetinin sürətinin və keyfiyyətinin tədricən artırılmasını gözləyir ki, bu da ölkə sakinləri,rəqəmsallaşma və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün yeni imkanlar yaradır. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri