22 
Sen
2022
12:36
209
22
1757
Virtual karabakh

“Expressbank” daha bir Vətən müharibəsi iştirakçısına dəstək oldu

22 Sen, 2022
12:36
1757

“Expressbank” daha bir Vətən müharibəsi iştirakçısına dəstək oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Expressbank” sosial məsuliyyət layihələrinin təşviqinə və təşkilinə dəstək olmağa davam edir.

Özünüməşğulluq Proqramı çərçivəsində aztəminatlı və əhalinin həssas qrupundan olan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün dəstəyini göstərən bank, daha bir Vətən müharibəsi iştirakçısına dəstək olub.

Layihə çərçivəsində şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına dəstəyi əsas sayan “Expressbank”, Gəncə şəhər sakini, Vətən müharibəsinin iştirakçısı Qurbanov Həbib Cahid oğluna məşğulluğunun təmin edilməsi üçün planlaşdırılan fəaliyyət istiqaməti üzrə müvafiq olaraq çatdırılma xidməti avadanlıqlarını təqdim edib.

Ümumi olaraq layihə çərçivəsində 44 vətəndaşa dəstək olan “Expressbank”, proqrama müraciət etmiş digər vətəndaşlara da dəstəyini davam etdirəcək.

Qeyd etmək istərdik ki, Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı əməkdaşlıq əsasında davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri