Okt
2022
14:15
99
342
5279
Virtual karabakh

“У DЯDИ МАКСА” – artıq Bakıda - FOTO/VİDEO

7 Okt, 2022
14:15
5279

“У DЯDИ МАКСА” – artıq Bakıda - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün ailə üçün məşhur musiqili restoranın artıq Azərbaycanın paytaxtında da öz nümayəndəliyi var: görüş yeri – “Dəniz Mall” TM-in 1-ci mərtəbəsi.

“У DЯDИ МАКСА” – unikal konsepsiyalı “RESTAURANTS by EMIN AGALAROV” layihəsidir, bu konsepsiya hər yaşdan olan qonaqlar üçün nəzərdə tutulan maraqlı mətbəxi, parlaq interyeri və uşaq bayramlarının keçirilməsi üçün bütün imkanları ehtiva edir.

Bakıda belə format ilk dəfə həyata keçirilib: “У DЯDИ МАКСА” – əsl ailəvi restorandır, burada uşaqlar üçün təhlükəsiz məkan yaradılaraq əyləncələr, müasir oyuncaqlar, cizgi filmləri üçün ekranla təchiz edilib. 

Burada 85 qonaq üçün yer var və düşünülmüş zonalaşdırma sayəsində bütün qonaqların ziyarətdən zövq alması təmin edilib.  

Yeni restoranın interyerini Emin Ağalarovun uğurlu layihələrinin əvəzolunmaz memarı Aleksey Fursov işləyib hazırlayıb. Dizayn həyat eşqi ilə dolu rəng və məna çalarında yerinə yetirilib: iri pəncərələr və nəfəsli musiqi alətləri şəklində orijinal vurğulu işıqlandırma sayəsində bol işıq və yaşıllıqla dekorasiya edilmiş yüksək tavan.

Layihənin mətbəxinə restoranlar holdinqinin brend-şefi Maksim Qolovin cavabdehdir. “У DЯDИ МАКСА” restoranının menyusunda yerli təbii məhsullara xüsusi yer verilib və qeyri-adi müəllif təqdimatının universal prinsipi həyata keçirilib. Armudla, əncirlə və qorqonzola pendiri ilə salat, avokado və Ponzu sousu ilə və ya “penne arabiata” ilə qızıl balıqdan tartar böyüklərin tam zövqüncə olacaq. Dana ətindən “konfet”lər, salyami ilə Milano pizzası, təbii kompotlar, məşhur fantastik “Monster Shakes”lər və əfsanəvi desert - “Kartof tarlası” isə gənc qonaqlarımızın ürəklərini fəth edəcək.

“У DЯDИ МАКСА” restoranında istirahətin maksimum rahat və maraqlı olması üçün burada dayələrimiz çalışırlar. Onlar uşaqlara nəzarət edir və onlarla oynayırlar, əyləncə və maraqlı master-klaslarda isə bütün ailənizlə iştirak edə bilərsiniz. Beləliklə, yeni restoran parlaq, ən xırda detalına qədər düşünülmüş, nikbin əhval-ruhiyyə dolu məkana çevrilir, bir zamanlar uşaq olmuş və bu barədə xatırlayan hər kəs üçün burada hər şey dadlı və şən olacaq. 

Аzərbaycan, Bakı ş., “Dəniz Mall” TM, 1-ci mərtəbə

Тelefon: +994 55 653 10 10

https://agalarovrest.com/restorany/u-dyadi-maksa-baku/

https://www.instagram.com/udyadimaksa.baku/

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri