22 
Noy
2022
11:14
26
41
1440
Virtual karabakh

“Azerconnect” şirkətinin rəhbər heyəti ADA Universiteti tələbələri ilə görüşüb - FOTO

22 Noy, 2022
11:14
1440

“Azerconnect” şirkətinin rəhbər heyəti ADA Universiteti tələbələri ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azerconnect” şirkətinin rəhbər heyətinin ADA Universitetində təhsil alan tələbələrlə görüşü baş tutub.

Tədbirin keçirilməsində məqsəd tələbələrlə şirkətin rəhbər heyəti arasında birbaşa ünsiyyətin qurulması, tələbələrin şirkətin təqdim etdiyi imkanlar barədə məlumatlandırılması, onların fikir və təkliflərinin dinlənilməsi və İKT sahəsində gələcək karyera inkişafı ilə bağlı müzakirələrin aparılması olub.

Çıxış edənlər telekommunikasiya sektorunun gələcəyi, İKT sektorunda müasir tendensiyalar  və bu sferada iri işəgötürənlərdən biri olan “Azerconnect” şirkətində tələbələr üçün nəzərdə tutulan iş və təcrübə imkanları barədə ətraflı məlumat verib, həmçinin gənc  qadınların da informasiya texnologiyaları sahəsinə cəlb edilməsi və onlar üçün  karyera imkanları barədə danışıblar.

“İnsan resurslarının davamlı inkişafı, şirkətimizə gənc istedadların cəlb edilməsi fəaliyyətimizdə əsas istiqamətlərdəndir. Bu səbəbdən biz ölkəmizdə müxtəlif Universitetlərlə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Sürətli rəqəmsallaşma dövründə biz gənc xanımların və qadınların İKT sahəsinə cəlb edilməsi istiqamətində də müxtəlif layihələr icra edir, şirkətimizdə gender bərabərliyinə, inklüzivliyə və təşkilati inkişafa aparan dayanıqlı bir iş mühiti formalaşdırırıq”, deyə “Azerconnect” şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva bildirib.

Tədbirdə həmçinin “Azerconect” şirkətinin İnformasiya Texnologiyaları (İT) direktoru Pərviz İsmayılov, İT üzrə tələblərin və keyfiyyətin idarəedilməsi şöbəsinin müdiri Anar Abdullayev, İT Biznes inkişafı üzrə bölmə rəhbəri Kəmalə Adilova, eləcə də “AzerTelecom” şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze çıxış edib, tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

“Azerconnect” şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. “Azerconnect” müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri