23 
Noy
2022
15:14
61
26
999
Virtual karabakh

Tələbəyə “MacBook” lazımdırmı? Sorğu keçirdik və “MacBook Air M1” haqqında layf-haklar topladıq - FOTO

23 Noy, 2022
15:14
999

Tələbəyə “MacBook” lazımdırmı? Sorğu keçirdik və “MacBook Air M1” haqqında layf-haklar topladıq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“MacBook” eyni vaxtda çoxlu sayda tapşırıqları yerinə yetirdiyi üçün təhsil, yaradıcılıq və əlbəttə ki, iş üçün ideal seçim kimi özünü çoxdan təsdiqləyib. O, yığcam, çevik və effektivdir. Müxtəlif universitetlərin tələbələri ilə birlikdə hazırda ən populyar “MacBook” modeli olan “MacBook Air M1”in həqiqətən də öyrənmə prosesini asanlaşdırıb-asanlaşdırmadığını yoxlayacağıq və eyni zamanda, notbukun özünəməxsusluqlarını paylaşacağıq.

Hər yerdə mənimlə

Universiteti gəzişərkən “MacBook” sahiblərinin korpuslar, kabinetlər, yeməkxana və ya kitabxana arasında hərəkət edərkən belə onu daim əl altında saxladıqlarının şahidi olduq. Portativlik “MacBook”un əvəzedilməz üstünlüyüdür. Elə deyilmi? Gəlin tələbələrin özlərindən soruşaq.

MacBook Airin çəkisi 1,5 kq-dan çox deyil. Özümlə konspektlər və kitablar daşıyarkən ağırlıqdan belim və çiyinlərim ağrıyırdı, amma indi “Mac istənilən çantaya sığır və mən hər zaman istənilən dərsə hazıram. Dəftər əvəzinə indi planlaşdırma üçün “Trello”, qeydlər aparmaq üçün “Pages, təqdimatlar hazırlamaq üçün Keynote” tətbiqlərindən istifadə edirəm.

Dərs hazırlamaq üçün ondan daim istifadə edirəm həm səs-küy salmır, həm də sürətli işləyir. O, başqalarını narahat etməyəcək qədər kiçik, qeydlər aparmaq, e-poçtlara cavab vermək və ya infoqrafika və diaqramlarla hesabatlar hazırlamaq üçün kifayət qədər böyükdür.

O, avtonom rejimdə 18 saata qədər işləyir, bu isə universitetdə bütün günü mənə kifayət edir.

M1 çipi maksimum səmərəliliyi və enerji effektivliyini təmin edir. “MacBook Air M1”də soyuducu olmasa da, o, nə qızır, nə də səs-küy yaradır.

Layf-hak

“Spotlight”dan istifadə edərək konspektlər, tətbiqlər və e-poçtlar arasında lazımi faylı asanlıqla tapa bilərsiniz. Bu tətbiq həmçinin qısa zamanda sözlərin tərifini verir, riyazi hesablamalar aparır və ölçü vahidləri konvertoruna çevrilir.

Daha çətin tapşırıqlar

Prinsipcə, hər bir notbuk tədris prosesini asanlaşdırmalıdır. Onunla müxtəlif layihələr yaratmaq, sürətlə tətbiqdən tətbiqə keçmək və çoxsaylı saytlar arasında rahat “sörf” etmək mümkün olmalıdır. “MacBook Air”də ildırımsürətli iş imkanı M1 çipindəki prosessorun tapşırıqları rasional şəkildə bölüşdürməsi sayəsində mümkündür. Bu o deməkdir ki, “Mac” qrafikalı və səsli peşəkar tapşırıqlar icra etməyə və kodlar yazmağa imkan verəcək. Bunu tələbələr də təsdiqləyir:

“Mən dizayn ixtisası üzrə təhsil alıram və notbukum hətta ən mürəkkəb layihələrin belə öhdəsindən gəlir. Eyni zamanda bütün günümü ekran qarşısında keçirsəm də gözlərim qətiyyən yorulmur, ekranda isə işıq ləkələri olmur. Əlbəttə ki, “Neural Engine” texnologiyasını qeyd etməyə bilmərəm. Fotoşəklə avtomatik düzəliş etmək üçün cəmi bir neçə saniyə kifayətdir”.

“Mən gələcək proqramçıyam, həm də geymerəm. Kod yazılmasına fasilə verdikdə və dərslər arasında oyunlar oynamağa imkan tapıram – “MacBook” mürəkkəb qrafikalı oyunlarla heç bir çətinlik çəkmir, təsvir isə aydın və parlaq olur.

“True Tone” funksiyası ekranı işıqlanmaya uyğunlaşdırır, buna görə də gözlər o qədər də yorulmur.

Layf-hak

Ekranın parlaqlığını daha rəvan tənzimləmək üçün Option + Shift + Parlaqlıq düymələrini sıxa bilərsiniz. Bu halda parlaqlıq hissə-hissə deyil, tədricən artacaq.

Layf-hak

Çox darıxdırıcı mühazirə zaman notbukda işinizi davam etdirmək istədikdə isə CMD + H düymə kombinasiyası ilə aktiv tətbiqi bir anın içində gizlədə bilərsiniz.

Əlaqəniz kəsilməsin

Bir çox tələbələr az qala onlayn həyat sürürlər: onlar distant təhsil alır, tələbə yoldaşları ilə əlaqə saxlayır, onlayn mühazirələrdə iştirak edirlər. “MacBook Air M1” təkmilləşdirilmiş kamera və dinamiklərə malikdir, çünki M1 çipinin şəkildəki işıq ləkələrinə reaksiya verən və detallı təsviri artırmaq üçün təsvirlərə düzəliş edən prosessoru var. 3 daxili mikrofon isə səs-küyün azaldılması üzərində işləyir və yüksək keyfiyyətli səsi təmin edir.

“Repetitorla hazırlaşarkən heç vaxt problem yaşamıram, özümü elə hiss edirəm ki, sanki onunla eyni otaqdayam. Dərs zamanı mən qeydlər aparmağı xoşlayıram - trekpad və klaviaturada işləmək kifayət qədər sakit və rahatdır”.

“Mən xarici ölkədə təhsil alıram, ona görə də video və səsin pozuntusuz olması mənim üçün çox vacibdir. WI-FI da məni çətin vəziyyətə salmır – hətta insanların çox olduğu yerlərdə belə, yüksək keyfiyyətli əlaqədən və gözəl təsvirdən faydalanıram”.

Layf-hak

Mühazirə yazmaq əvəzinə, Sistem kökləmələri > Klaviatura ardıcıllığı seçərək “İmla” funksiyasını aktivləşdirə bilərsiniz. Bu halda “MacBook” özü müəllimin dediklərini qeyd edəcək. Kursoru mətn sənədinə tuşlayıb və “Control” üzərində iki dəfə klik edin.

Nəticələr

Təhsil üçün ən vacib iki amil motivasiya və əzmkarlıqdır. Lakin kompakt və çevik “MacBook Air” ilə proses daha da xoş olacaq.

MacBook Air M1 modelini noyabrın 24-dən 30-dək rəsmi resellerlərdə əlverişli şərtlərlə əldə edə bilərsiniz: Alma Store, Kontakt Home, Baku Electronics, Irshad, Maxi.az, Soliton.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri