25 
Yan
2023
17:54
20
93
859
Virtual karabakh

“Expressbank” 2022-ci ili 12,4 milyon manat mənfəətlə tamamlayıb

25 Yan, 2023
17:54
859

“Expressbank” 2022-ci ili 12,4 milyon manat mənfəətlə tamamlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan “Expressbank” ASC, növbəti maliyyə uğurunu əldə edib. Bank ötən illərdə olduğu kimi, 2022-ci ildə də yüksək statistik göstəricilərə imza atıb. Belə ki, 2022-ci ilin maliyyə göstəricilərinə əsasən, “Expressbank” ASC 61,1% artım əldə edərək ötən ili 12,4 milyon manat mənfəətlə başa vurub.

Aktivlərin həcmi 24,4% böyüyüb

2022-ci ilin maliyyə hesabatında bankın bir çox göstəricilərində uğurlu nəticələr qeydə alınmış və bu özünü aktivlərin həcmində də əks etdirib. Nəticələrə baxdıqda görə bilərik ki, 2021-ci il ilə müqayisədə bankın aktivləri 24,4% artaraq 436,956 milyon manat təşkil edib.

Depozitlərin payında 23,7% artım olub

Müştərilərinin inamını və etibarını qazanmağı prioritet seçən, daim onların istəklərini nəzərə alan və bu minvalda fəaliyyətini qətiyyətlə davam etdirən “Expressbank” ASC depozitlərin statistikasında da müsbət nəticələr əldə edib. Bankın depozitlərində olan göstərici 23,7% artaraq 193,107 milyon manata çatıb. Bu da, öz növbəsində bank və müştəri münasibətlərinin artan tempdə inkişaf etdiyinin və qarşılıqlı inam prinsiplərinə söykənməsinin təcəssümüdür.

Kredit portfelinin ümumi həcmində 13,5% artım qeydə alınıb

“Expressbank” ASC xidmət və məhsullarında daim müştərilərinin rəyini və ehtiyaclarını nəzərə alıb. Bankın mütəmadi olaraq həyata keçirdiyi kredit kampaniyalarında sərfəli və uyğun şərtlərlə müştərilərə nağd pul kreditləri təklif edilir. Belə ki, 12 ayın yekunlarına əsasən, istehlak kreditlərinin həcmi 15,5% artaraq 159,369 milyon manat olub. Sadəcə istehlak kreditlərində deyil, sahibkarlara dəstək olmaq üçün təklif edilən biznes kreditlərinin də həcmi 7,1% artaraq 95,845 milyon manata çatıb. Bu isə ölkəmizdə sahibkarlara olan inamın və biznes mühitinin inkişafı istiqamətində dəstəyin bir başqa əyani göstəricisidir.

Əlavə olaraq qeyd etmək istərdik ki, 2022-ci ilin göstəricilərində daşınmaz əmlak kreditlərinin həcmi də 23,4% artaraq 41,870 milyon manat olub. Ümumilikdə isə bankın kredit portfeli 13,5% arıb və 304,227 milyon manata yüksəlib.

Kapitalın həcmi 129,135 milyon manat təşkil edib

Bankın əldə etdiyi uğurlu nəticələrdən biri də kapitalın artımında olan göstəricidir. Bu isə dayanıqlı inkişafı və adekvatlılığı özündə ehtiva etdirir. 2022-ci il üzrə bankın kapital həcminə nəzər saldıqda 4,3% artım olduğunu və 129,135 milyon manat civarına çatdığını görə bilərik.

Bankın faiz gəlirləri 14,4% artıb

Ötən ilin nəticələrinə əsasən, bankın faiz gəlirləri 14,4% artmış və 48,258 milyon manat təşkil edib. Habelə nəzərə çarpan müsbət nəticələr özünü qeyri-faiz gəlirlərində də göstərib. Belə ki, bankın qeyri-faiz gəlirləri 33,3% artaraq 18,439 milyon manata çatıb.

İqtisadi və maliyyə sektorunda mütəmadi tərəqqi, davamlı inkişaf, gəlir potensialı və şəffaflıq kimi kateqoriyalar üzrə qiymətləndirmə həyata keçirən beynəlxalq “Fitch Ratings” agentliyi “Expressbank” ASC-nin fəaliyyətinə yüksək qiymət verərək, bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.

“Expressbank” ASC həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bank bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri