27 
Yan
2023
14:30
68
13
1181
Virtual karabakh

Texnologiyada inqilab: “Apple” M2 PRO və M2 MAX çipləri ilə təchiz edilmiş güclü “MacBook”u təqdim etdi - FOTO

27 Yan, 2023
14:30
1181

Texnologiyada inqilab: “Apple” M2 PRO və M2 MAX çipləri ilə təchiz edilmiş güclü “MacBook”u təqdim etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” şirkəti yanvarın 17-də 14 və 16 düyümlük “MacBook Pro” və “Mac mini” modellərinin təqdimatını keçirib. Zahirən notbuklar əvvəlki nəsil notbuklardan bir o qədər də fərqlənmir: əsas fərq cihazların daxilindədir. Notbuklar M2 PRO və M2 MAX kimi yeni nəsil çiplərlə təchiz edilib ki, bu da “Intel” əsasında qurulan “MacBook Pro” ilə müqayisədə altı dəfə daha çox effektivlik deməkdir. Yeni məhsulları yanvarın 27-dən etibarən “Apple” şirkətinin rəsmi resellerlərində erkən sifariş edə bilərsiniz.

“MacBook Pro” əvvəlki kimi dəbli görünüşə malikdir: monolit alüminium korpus, ekranın ətrafında zərif çərçivə və 1080 p-lik genişlənməyə malik HD ekran üçün çıxıntı.   

14 və 16 düyümlük ölçülərə malik notbuklar etalon hesab olunan “Liquid Retina XDR” displeyi ilə təchiz edilib. Geniş rəng qammasına malik displey bir milyard rəngi dəstəkləyir ki, bu da yüngül qradiyenti, yüksək səviyyəli detalizasiyanı və maksimum dəqiq çalarları təmin edir. Notbuklar üç “Thunderbolt 4” portu, həmçinin SDXC kartlar və “MagSafe 3” şarj cihazı üçün slotlarla təchiz edilib. Əvvəlki nəsil məhsullarda olduğu kimi, yeni modellərin də altı dinamiki və studiya keyfiyyətli mikrofonları var.

Peşəkar seriyanın əsas yenilikləri

Yeni nəsil “MacBook Pro” effektivlik, avtonom iş vaxtı və ümumi məhsuldarlıq baxımından istifadəçilərə daha böyük yeniliklər təqdim edir. Texniki xüsusiyyətlər problemsiz şəkildə proqramlaşdırma aparmağa, render etməyə və musiqi yaratmağa, videoları montaj etməyə və ya fotoşəkillərlə işləməyə imkan verir.

“MacBook Pro”nun yenilikləri sırasında 12 nüvəli “Core i9” qrafik prosessorunu və 19 nüvəli qrafik prosessoru xüsusilə qeyd etmək lazımdır. Bu isə həm ən mürəkkəb iş proseslərini sürətləndirməyə, həm də qrafik redaktorlar və videoredaktorlarla işləyərkən, həmçinin, əlbəttə ki, oyunlar oynayarkən effektivliyi artırmağa imkan verir.

Notbukun maksimum dəstinə 400 GB/s-dək sürətə malik 96 GB-dək operativ yaddaş və 8 TB daimi yaddaş daxildir. Bu isə bir neçə ağır proqramı eyni zamanda işə salmağa imkan verir. Həmçinin seriyanın bütün notbukları 60 Hz-də 8K monitorlarla işi dəstəkləyir.

Notbuklar nəinki daha sürətli olub, həm də onların şarj sərfiyyatı azalıb. Artıq “MacBook Pro” bir dəfə şarj olunmaqla 22 saatadək avtonom iş imkanını təmin edir, bu isə sözügedən notbukları ofisdən və ya evdən kənarda işləmək üçün kifayət qədər mobil və rahat alətə çevirir. Bu, səmərəlilik baxımından əla göstərici hesab olunur.

Daha bir ciddi yenilik əvvəlki nəsillə müqayisədə iki dəfə daha sürətli “Wi-Fi 6E” dəstəyidir. Model 6 Hz tezliyində naqilsiz şəbəkəyə qoşulmağa imkan verir.  

“Mac mini” haqqında

Yeni çiplərlə “Mac mini” daha güclü olub, onun səmərəliliyi isə peşəkar səviyyəyədək yüksəldilib. Kompakt dizayna malik olmasına baxmayaraq, cihaz çox sürətlidir və yüksək səviyyəli enerji effektivliyi ilə təmin edilib. Yeni məhsul 8 və ya 16 GB-lıq operativ yaddaşa, həmçinin 256 və ya 512 GB-lıq daimi yaddaşa malikdir. Cihaz həmçinin iki USB-A portu, HDMI, “Gigabit Ethernet” və qulaqlıqlar üçün 3,5 mm-lik modernləşdirilmiş porta malikdir. Bundan başqa, notbuk “Wi-Fi” və “Bluetooth” standartlarını da dəstəkləyir.

Satış

Yenilənmiş “MacBook Pro” notbuklarını yanvarın 27-dən etibarən “Apple” şirkətinin rəsmi resellerlərində erkən sifariş edə bilərsiniz: iSpace, “Kontakt Home”, “Baku Electronics”, “Irshad”, “MyShops”, Maxi.az.

“MacBook Pro” modellərinin erkən sifarişi zamanı xüsusi təklifdən yararlanmaq imkanı qazanacaqsınız: məhsulları “Birbank” kartları ilə ayda cəmi 202 AZN ödəməklə 24 aylıq taksitlə əldə edə bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri