29 
Mar
2023
11:55
38
38
1262
Virtual karabakh

“ByCafeCity” yenə qaliblər sırasında - FOTO/VİDEO

29 Mar, 2023
11:55
1262

“ByCafeCity” yenə qaliblər sırasında - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü il mart ayının 7-də “Buta Palace”da biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimetmə mərasimi keçirilib.

Dövlət qurumları, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 250 nəfərin iştirak etdiyi tədbirə “ByCafeCity” ailəsi də dəvət olunub. Səbəb isə çox qürurverici idi. “ByCafeCity” “Müştəri seçimi” nominasiyasına layiq görülmüşdü!

Şirkətin baş direktoru, hamı tərəfindən sevilən yeməklərin ideya müəllifi Emil Əliyevin qaliblər sırasında səhnəyə dəvət olunması 14 illik əməyin boşa getməməsinin, zəhmətimizin layiqincə qiymətləndirilməsinin göstəricisidir. Bu kimi uğurlar müştəri məmnuniyyətini prioritet hesab edən “ByCafeCity” kollektivini etimadı doğrultmaq üçün daha böyük səylə çalışmağa sövq edir. 

Son olaraq şirkətlərin gələcək inkişafına, daha yüksək mövqelər tutmasına stimul verən “Business Award” layihəsinin yaradıcılarına, eyni zamanda “ByCafeCity”nin tədbirdə iştirak edən xanım əməkdaşlarının daha da gözəl görünmələri üçün onları ecazkar qiyafətlərlə təmin edən @dreamsewing mağazasına təşəkkürümüzü bildirmək istəyirik.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri