16 
Fev
2024
15:26
12
18
527
Virtual karabakh

“SABAH.HUB” ilk dəfə “University Demo Day” tədbirini keçirib - FOTO

16 Fev, 2024
15:26
527

“SABAH.HUB” ilk dəfə “University Demo Day” tədbirini keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 fevral 2024-cü il tarixində “SABAH.HUB” çətiri altında yer alan “SABAH.academy” platforması çərçivəsində ilk “University Demo Day” tədbiri həyata keçirilmişdir.

Ekosistemin investor və startaplarını birləşdirən “Baku ID” tədbirinin son iki ildə baş tutan uğurlu nəticələrindən sonra bu il yenidən həyata keçirilməsi gözlənilir. “University Demo Day” “Baku ID” tədbirlər silsiləsinə aiddir.

Tədbirin əsas məqsədi “SABAH.academy” tələbələrinin sahibkarlıq ruhunu inkişaf etdirməklə yanaşı, əsas nailiyyətlərini tərəfdaşlara nümayiş etdirməkdir. Beləliklə, bu tədbir sadəcə bir yarışma olmağa deyil, gələcək sahibkarlar nəslini yetişdirmək və həmçinin Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə yönəlib.

“University Demo Day” tədbirinin baş sponsoru qismində “Code Academy”, sponsorlar kimi isə “Baku Electronics” və “Uniwork” şirkətləri yer alıb.

Təqdimat zamanı çıxışlar dörd universitet (BDU, AzTU, UNEC SABAH qrupları və DİA) tələbələrinin iştirakı ilə baş tutub. İki turdan ibarət olan yarışmaya ümumilikdə 19 komanda qoşulub, final mərhələsinə isə beş komanda yüksəlib. Sonda 5 komanda arasından üçü qalib elan edilib, qalib komanda üzvləri “SABAH.academy” tərəfindən sertifikatlarla və aşağıdakı hədiyyələrlə təltif olunub:

  • 1-ci yerin qalibi - UNEC SABAH qruplarının “Xeyir” komandası, baş sponsor
    “Code Academy” tərəfindən bütün komanda üzvlərinə ödənişsiz təhsil imkanı.
  • 2-ci yerin qalibi - UNEC SABAH qruplarının “HireFire” komandası, sponsor
    “Baku Electronics” tərəfindən bütün komanda üzvlərinə 300 AZN-lik hədiyyə kuponu.
  • 3-cü yerin qalibi - BDU-nun “EduWiz” komandası, sponsor “UniWork” tərəfindən bütün komanda üzvlərinə çalışma zonasından 2 aylıq ödənişsiz istifədə fürsəti.

Tədbirdə 200-dən çox qonaq iştirak edib. Qonaqlar qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun rəsmiləri, həmçinin ali təhsil müəssisələrinin, sponsorların, aparıcı şirkətlərin və startap ekosisteminin bir sıra nümayəndələri yer alıblar.

Qeyd edək ki, “SABAH.academy” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmış, Azərbaycan Respublikası Təhsil İnstitutu və beynəlxalq biznes məktəbi olan IE Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. “SABAH.academy” bir təhsil platforması kimi sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək, onları hər kəs üçün əlçatan edir.

“SABAH.academy” platformasının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri