19 
Mar
2024
17:37
134
8
668
Virtual karabakh

“Aqro-Vest DC” MMC əməkdaşları Novruz bayramı ilə əlaqədar şəhid ailələrinə baş çəkib - FOTO

19 Mar, 2024
17:37
668

“Aqro-Vest DC” MMC əməkdaşları Novruz bayramı ilə əlaqədar şəhid ailələrinə baş çəkib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz təkcə təbiətin dirilişi yox, həm də insanlar arasında yardımlaşmaya əsaslanan milli bayramımızdır. 

“Aqro-Vest DC” MMC Novruz bayramı münasibətilə Bakı şəhərində yaşayan şəhid ailələrinə “Slavyanskoe” və başqa brendlərə aid gündəlik qida məhsullarından ibarət bağlamalar verib. 

Şirkətin əməkdaşları II Qarabağ savaşı şəhidlərinin ailə üzvlərinin yaşadıqları ünvanlara gedərək onlara bayram sovqatı verib və təbrik ediblər.  

Əməkdaşlar şirkət rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğı göstərdiyini nəzərə çatdırıblar. Bildirilib ki, Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərini diqqətdə saxlamaq hər birimizin müqəddəs borcudur. 

“Aqro-Vest DC” MMC şəhidlərimizə Allahdan rəhmət diləyir. Onların ailə üzvlərinə səbir və cansağlığı arzulayır, Novruz bayramı münasibətilə ürəkdən təbrik edir!

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri