15 
Apr
2024
17:28
57
16
464
Virtual karabakh

“TuranBank”la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı - FOTO

15 Apr, 2024
17:28
464

“TuranBank”la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin aparıcı banklarından biri olan “TuranBank” ASC və Asiya İnkişaf Bankı (AİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalanıb.

Yeni saziş çərçivəsində AİB “Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı”na (TSCFP) “TuranBank” ASC-ni daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Qeyd edək ki, bu saziş ölkədə idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.  

AİB-nin Azərbaycan üzrə direktoru Candice McDeigan bildirib ki, bu tərəfdaşlıq çox vacibdir:

“Biz TSCFP-nin Azərbaycanda “TuranBank” ilə əlaqələr qurduğunu görməkdən şadıq. AİB qlobal ticarət, iş yerlərinin artımı və iqtisadi inkişafı dəstəkləmək öhdəliyinə sadiqdir. Bu tərəfdaşlıq Azərbaycanda təchizat zəncirləri və ərzaq təhlükəsizliyi üçün çox vacibdir”. 

“TuranBank”ın İdarə Heyətinin sədri Fəzail Musayev isə qeyd edib ki, bu əməkdaşlıq xarici ticarətin inkişafına öz töhfəsini verəcək:

“TuranBank ASC və AİB arasında bağlanan bu saziş beynəlxalq maliyyə təşkilatlarının Bankımıza inamının daha bir mühüm göstəricisidir. Bu saziş ölkəmizdə sahibkarlara beynəlxalq ticarət fəaliyyətini asanlaşdırmaq, onların idxal və ixrac imkanlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin etmək məqsədilə nəzərdə tutulub. Əminəm ki, əməkdaşlığımız Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoruna, həmçinin xarici ticarətin inkişafına öz töhfəsini verəcəkdir”.

Məlumat üçün bildirək ki, AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” ASC 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bank daim inkişaf yolunu tutub, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olub. “TuranBank” Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  “TuranBank”ın rəsmi veb-səhifəsini və ya sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

“TuranBank”

Bizimlə etibarlıdır...

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri