17 
Apr
2024
16:50
89
31
851
Virtual karabakh

“Saloğlu” mebel Bərdə mağazasının rəsmi açılışını etdi - FOTO/VİDEO

17 Apr, 2024
16:50
851

“Saloğlu” mebel Bərdə mağazasının rəsmi açılışını etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Saloğlu” mebel bu dəfə Bərdə sakinlərini sevindirərək növbəti diler mağazasını Bərdə və ətraf region alıcılarının xidmətinə verib.

Bərdə şəhərində açılan “Saloğlu” mebel mağazasında şirkətin bütün növ mebellərinə eyni qiymət və eyni şərtlərlə sahib ola bilərsiniz. Mebelləri endirimli qiymətlərlə istər nağd, istər taksit kartı, istərsə də daxili kreditlə əldə etmək mümkündür.

“Saloğlu” fabriklərində mebellər yüksək alman və italyan texnoloji dəzgahları vasitəsilə istehsal edilməkdədir. İstehsalatda istifadə edilən xammallar dünyanın öndə gedən firmalarından alınaraq ölkəmizə gətirilir. “Saloğlu” mebelin məqsədi hər evdə “Saloğlu” keyfiyyətində sağlam mebellərin olmasını təmin etməkdir. “Saloğlu” fabriklərinin istehsal etdiyi məhsullar ekoloji cəhətdən insan sağlamlığına zərəri olmayan xammallardan hazırlanır. İnsan sağlamlığı ön planda tutularaq istehsal edilən mebellərə hər kəsin daha əlçatan olması üçün digər bölgələrdə də “Saloğlu” diler mağazaları açılacaq.

“Saloğlu” mebel mağazası olmayan bölgələr üzrə diler müraciətləri qəbul edilməkdədir. Öz bölgəsində “Saloğlu” diler mağazası kimi fəaliyyət göstərmək istəyən iş adamları şirkətə müraciət edə bilər. Namizədlər dəyərləndirilir və uyğun olan namizədlə əməkdaşlıq müqaviləsi bağlanılır. “Saloğlu” şirkətinin əsas hədəfi ölkə daxilində olduğu kimi, dünya bazarında da “Saloglu” - “Made in Azerbaijan” brendi olaraq ölkəmizi layiqincə təmsil etməkdir.

“Saloğlu” şirkətinin satış direktoru Elşən Bayramlı bildirib ki, hədəf brend olaraq ölkəni xaricdə də təmsil etməkdir:

“Şirkətimiz ölkə başçısının qeyri-neft sektorunun inkişafına verdiyi dəstəkdən faydalanaraq sürətlə inkişaf etməkdədir. Məqsədimiz ölkənin bütün regionlarında əhalimizə daha yaxından xidmət göstərməkdir. Hədəfimiz “Saloğlu” markasını Azərbaycan brendi olaraq ölkə daxilində olduğu kimi, ölkə xaricində də layiqincə təmsil etməkdir. Plan üzrə növbəti mağaza açılışımız Şamaxı şəhərində  olacaq. Filialımız olmayan bölgələr üzrə diler müraciətləri qəbul edilməkdədir. Hər bir müraciət dəyərləndirilərək  uyğun namizədlərlə diler müqaviləsi bağlanacaq.

Yeni filialımız bölgə sakinlərimiz üçün xeyirli olsun və “Saloğlu” Bərdə mağazasına baş çəkmək hər kəsə məsləhətdir”. 

“Saloğlu” mebel fabriki ilə əlaqə: +994 55 525 85 00

www.saloglu.com

“Instagram”: saloglumebel

Qaynar xətt: *1441

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri