Müğənni Şəbnəm Tapdıq şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, ATV-də yayımlanan “Düz üzünə” verilişinin qonağı olan sənətçi 15 il nişanlı olduğunu bildirib:
“Siz bilmirsiniz, mən 15 il nişanlı olmuşam. Həmin şəxs xarici dövlətdə işləyən, bir çox dilləri bilən vəzifəli şəxs olub. Hazırda da vəzifədədir. Mənə oxumağı qadağan etdiyi üçün ayrıldım. İndi düşünürəm ki, kaş onun sözünə qulaq asardım. Bir bağda gül varsa, ona su tökməyib soldururlarsa, o bağ mənə lazım deyil. Kişilərdə eqoistlik var, deyirlər mənim malım olmalısan, dediyimi etməlisən”.