Hollivud ulduzu Şeron Stoun təxminən 18 il əvvəl “Kurtlar Vadisi” serialında rol alıb.
Serialda həmkarı Endi Qarsiya ilə qonaq aktyor qismində iştirak edən 66 yaşlı aktrisa “TRT World”də Şotlandiyanın keçmiş baş naziri Aleksandr Salmondun aparıcısı olduğu “Turkish Tea Talk” proqramında serialla bağlı maraqlı açıqlamalar verib.
Ulduz filmdə çəkildiyi üçün yaxşı qonorar aldığını, amma bir sıra çətinliklər yaşadığını bildirib.
“Çəkiliş meydançasına getdik. Bizdən başqa heç kim ingiliscə danışmırdı. Dolayısı ilə onlar türk dilində danışır, bizsə ingilis dilində cavab verirdik. Səhnələrdə də eyni hal yaşanırdı. Beləliklə, nə Endinin, nə də mənim nə oynadığımız barədə xəbərimiz yox idi, tamam itmişdik. İndiyə qədər gördüyüm ən lüks çəkiliş meydançası, möhtəşəm villa, gözəl geyimlər, amma heç kim ingiliscə danışmır... Biz sadəcə nə dediyimizi bilirdik”, - deyə ulduz etiraf edib.
Hollivud ulduzu Şeron Stoun təxminən 18 il əvvəl “Kurtlar Vadisi” serialında rol alıb.Serialda həmkarı Endi Qarsiya ilə qonaq aktyor qismində iştirak edən 66 ya...
Aparıcı bunun əksinə daha yaxşı olduğunu və Ş.Stounun bu vəziyyətinin oynadığı obraza görünməsi lazım olan əsrarəngliyi verdiyini bildirib.
Qeyd edək ki, filmdə baş qəhrəman Polad Alemdarı canlandıran Necati Şaşmaz Şeron Stoun ilə oynadığı zaman təcrübəsizliyindən danışıb.
“Çox təcrübəsiz bir iş görmüşəm. Öpüşmə səhnəsini 24 dəfə təkrarladıq”, - deyə o qeyd edib.
Rəylər