Səhnə şouları və yarıçılpaq pozalarıyla tez-tez gündəmə gələn amerikalı pop müğənni Miley Cyrus bu dəfə səhnədə tamamilə çılpaq halda konsert verəcəyini deyib.
Oxu.Az xəbər verir ki, Cyrus cinsi ayrıseçkiliyə diqqət çəkmək üçün “The Flaming Lips” rok qrupu ilə birlikdə səhnədə çıxış edəcək. İfaçı konsertinə gələcək tamaşaçıların də çılpaq olmasının tələb ediləcəyini açıqlayıb.
Şou zamanı çılpaq tamaşaçıların üzərinə süd görünüşlü ağ maye töküləcək və lentə alınacaq şəkillər Cyrus-un “Milky Milky Milk” adlı mahnısına çəkiləcək klipində istifadə ediləcək.
Aytən Sadıqzadə
www.oxu.az