Məşhur aktyor Endi Qarsiyanın kiçik qızı Alessandra “Slit” jurnalı üçün obyektiv qarşısına keçib.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, dərginin üz qabığına çıxan 24 yaşlı model jurnala alt geyimində iddialı pozalar verib.
“Bu çəkiliş özümə olan inamımı göz önünə sərgilədi, eyni zamanda qadınlara bədən ölçüləri nə olursa, olsun özlərini seksual hiss edə biləcəklərini nümayiş etdirdi”,-deyə gənc model vurğulayıb.
Alessandra həmçinin bədəni ilə qürur duyduğunu da deyib.