Ötən gün ATV telekanalında aparıcı Nanə Ağamalıyevanın təqdimatında “Mənə bir az ondan danış” adlı yeni veriliş yayımlanıb.
Oxu.Az xəbər verir ki, verilişin ilk qonaqları əməkdar artist Elnarə Abdullayeva, aşıq ƏLi, xalq artisti Rəmiş və onun həyat yoldaşı Gülü xanım olub.
Verilişdə maraqlı anlar yaşanıb. Belə ki, 37 il sonra Gülü xanım gəlinlik geyinib. Toyları olmayan cütlüyə efirdə toy edilib.
Aytən Sadıqzadə