“Ağır Roman” filmi ilə “Altın Portakal” mükafatlandırma mərasimində “Ən yaxşı köməkçi kişi aktyor” adını qazanan Mustafa Uğurlu ötən gecə kameralara tuş gəlib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 60 yaşlı aktyor 20-25 yaş arasında olan gənc sevgilisi ilə görüntülənərkən nə edəcəyini bilməyib. Həmin anda sevgilisi aktyorun yanından uzaqlaşmağa çalışıb. Uğurlu isə juranlistlər tərəfindən sevgilisi haqqında verilən suallara mənasız cavablar verərək mövzudan yayınıb:
“Mən qırx ilin aktyoruyam. Ssenari qədər pul da mənim üçün əhəmiyyətlidir”.
Daha sonra “Təqaüdçü maaşım var, özümə baxaram” deyərək mövzunu dəyişdirməyə çalışıb.
Sonda həmin məkandan uzaqlaşıb.
Aytən Sadıqzadə
www.oxu.az