Bodrumda bu il 6-cı dəfə təşkil edilən “7 Qitənin Gözəli - 2015” (“Miss 7 Continents - 2015”) yarışması qala-gecəsi ilə sona çatıb.
Oxu.Az xəbər verir ki, 22 ölkənin gözəllərinin qatıldığı yarışmada birinciliyi belaruslu model, 23 yaşlı Aliaksandra Sokal qazanıb.

Müsabiqədə gözəllər əvvəl bikini ilə, ardınca bolqar stilist Deina Brentjensin gecə geyimləri ilə podiumda yer alıblar.
Yarışmada Türkiyəni 23 yaşlı Bihter Nur Arı təmsil edib. Gözəllər final üçün son dəfə səhnəyə çıxarkən azan oxunmağa başlayıb. Modellər türk təmsilçisinin podiuma çıxdığı vaxtda oxunan azanın bitməsini gözləyiblər.
10 münsif üzvünün iştirakı ilə keçirilən yarışmada türkiyəli model Bihter Nur Arı ikinci, krımlı gözəl, 20 yaşlı Alina Konovalova üçüncü, rus gözəl, 25 yaşlı Dania Salakhetdinova dördüncü, portuqaliyalı gözəl 23 yaşlı Bruna Monteiro beşinci olub.
Aytən Sadıqzadə
www.oxu.az