Bülent Ersoy iki gün əvvəl Türkiyə vaxtilə 15.00-da gəldiyi gözəllik salonundan axşam saat 22.30-da ayrılıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, saçına ikiqat parik taxdırıb, makiyaj etdirən Ersoy üçün bütün işçi heyəti səfərbər olub.
Salonun işçilərinə yüksək miqdarda bəxşiş paylamağa xəsislik etməyən diva, oranı tərk etdikdən sonra bir restorana gedərək prodüser Osmantan Erkır ilə görüşüb.
“Hal-hazırda damaq dadım çox yaxşıdır” deyən sənətçi 2.5 kilo ət yediyi iddialarına isə “kimə nə, öz pulumla yeyirəm” deyərək cavab verib.
Aytən Sadıqzadə
www.oxu.az