Əməkdar artist Abbas Bağırov iki yeni mahnı ifa edib. Müğənni hər iki mahnıya klipi Türkiyə Respublikasında çəkdirməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə müğənni “Onlar” verilişinə müsahibəsində belə deyib:
“İki yeni mahnıma Türkiyədə klip çəkdirəcəyəm. Bunlardan biri Anar Məmmədovun “Azərbaycan” adlı mahnısı, digəri isə “Oyan”dır. Bu yaxınlarda dostum Hacı Nazimlə birlikdə İstanbula yola düşürəm. Yeni albomumun son hazırlıq işlərini tamamlayacağam”.
Aytən Sadıqzadə
www.oxu.az