Əməkdar artist Abbas Bağırov xalq artistləri Flora Kərimova və Brilliant Dadaşovanın onu qınaq obyektinə tutmasına sərt cavab verib.
Oxu.Az xəbər verir ki, müğənni ATV telekanalında yayımlanan “10lar” verilişi vasitəsilə xalq artistlərinə cavab göndərib.
“Eləsinlər də, yəqin işləri-gücləri yoxdur. Əgər mənim haqqımda istər yaxşı, istər pis danışırlarsa, deməli, mən varam. Mənim varlığımla narahat olursunuz. Niyə narahat olursunuz? Axı, siz xalq artistisiniz...
Sağ olsunlar ki, düşünüb mənim haqqımda nə isə danışırlar. Ürəyiniz nə istəyir danışın. Mən heç kimə qarşı hörmətsizlik etmərəm, baxmayaraq ki, siz mənə qarşı edirsiniz. Yaşda da məndən böyükdürlər.
Bu, mənim İlhamə Quliyeva ilə münasibətimə görədir. İlhamə xanım böyük, dəyərli sənətkardır. Bu gün titulundan asılı olmayaraq, kim onun qarşısına çıxsa, heç kim İlhamə xanımla oxuya bilməz”.
Aytən Sadıqzadə
www.oxu.az