Tanınmış rusiyalı milyarder Roman Abramoviçin Nyu-Yorkdakı evinin fotoları yayılıb.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, 75 milyon dollar dəyərindəki altı mərtəbəli evdə 22 otaq (8 yataq, 15 vanna otağı, zal, kitabxana və çardaq) var.
Ümumiyyətlə, milyarderin 12 malikanəsi var. Onlardan 1-i Britaniyada, 3-ü Fransada, 3-ü ABŞ-da, 5-i isə Moskvada yerləşir.