28 yaşlı ABŞ-lı pop müğənni Kesha bu dəfə saçlarını yaşıla boyayıb.
Oxu.Az xəbər verir ki, maraqlı stili və cəsur geyimləriylə adından daima söz etdirməyi bacaran gənc müğənni, demək olar ki, hər gün yeni bir görünüşlə pərəstişkarlarının qarşısına çıxır.
Ötən illərdə keçmiş sevgilisi tərəfindən internetə sızdırılan şəkilləri səbəbindən çətin günlər keçirən ulduz, indi-indi özünə özünə gəlməyə çalışır.
Bir müddət musiqiçi Alex Carapetis ilə birlikdə olan Kesha, birlikdə çalışdığı musiqiçi Dr Luke-un ona narkotik verdiyini və təcavüz etdiyini iddia etmişdi. Məhkəmə davası hələ nəticələnməsə də, Kesha özünü yaxşı əhval –ruhiyyədə saxlamaq üçün yaradıcılıq işlərinə son sürətlə davam edir.
Aytən Sadıqzadə
www.oxu.az