“Show Tv” telekanalında yayımlanan “Acı Aşk” serialındakı Sude obrazı ilə tanınan aktrisa Selin Şekerci serialın ilk bölümündən izləycilər tərəfindən maraqla qarşılanıb.

Serialda tərs, günahsız olmayan bir qadını canlandıran Şekercinin atası ərəb, anası isə Azərbaycan əsillidir.

Aktrisa 1 iyun 1989-cu ildə İzmirdə doğulub. Təhsilini də elə İzmirdə başa vuran Şekerci İzmir Dövlət Teatrının tamaşalarında iştirak edib. Daha sonra İstanbula gəlib və seriallarda, reklamlarda çəkilməyə başlayıb.

Ötən ildən isə “Acı Aşk” serialındakı Sude obrazı ilə daha da populyarlıq qazanıb.
Aytən Sadıqzadə
www.oxu.az