Dünyaca məşhur supermodellərdən hesab edilən Adriana Lima daha bir brendin reklam siması seçilib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər veirr ki, cazibəsi ilə hər kəsi özünə heyran buraxan model bu dəfə İspaniyanın “Desigual” şirkəti üçün kamera qarşısına keçib. Sözügedən brend bir çox şirkətləri arxada qoyaraq parlaq və əlvan rəngləri ilə xanımların sevimlisinə çevrilib. “Desigual” ilk dəfə deyil ki, supermodelləri özünə cəlb edir. Qadın geyimləri istehsal edən brend bundan öncə kolleksiyalarında Alessandro Ambrosio və İrina Şeykdən yüksək qonorar verərək istifadə edib. Bu dəfə isə yeni kolleksiyanın siması olaraq Adriana Limaya üz tutub.
Braziliyalı cazibədar model “Barcelona Fashion Week”də iştirak edib. Adriana orada “Desigual's La Vida es Chula” (həyat gözəldir) adlı geyim kolleksiyasını nümayiş edib. Adriana Limanın yeni fotosessiyasını sizə təqdim edirik: