Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ağadadaş Ağayev: "Deyirlər ki, rəhmətə getmişəm"
"Səhhətimin pisləşməsi və ölkədən getməyimlə bağlı yayılan xəbərlər əsassızdır".
Bu sözləri Globalinfo.az-a Xalq artisti Ağadadaş Ağayev son günlər haqqında yayılan şayiələrlə bağlı danışarkən deyib.
O, barəsində yalan məlumatlar yayıldığını bildirib:
"Deyirlər ki, guya Ağadadaş Ağayev ağır xəstədir və ya rəhmətə gedib. Tamamilə sağlamam və həyatdayam. Düzdür, bir müddət əvvəl səhhətimdə problem var idi, amma sonra müalicə alıb sağaldım və əvvəlki qaydada sağlam həyatımı yaşayıram".
A.Ağayev ölkədən çıxması xəbərinə belə reaksiya verib:
"Məlum məsələ ilə bağlı istintaq aparılır. Belə bir məqamda, araşdırma dövründə ölkəni necə tərk edə bilərəm?! Ölkədəyəm, övladlarımın, ailəmin, məni sevənlərin yanındayam. 3 gün öncə autizmli uşaqlar üçün tədbir təşkil etmişdim. Allahın izni ilə 8 Noyabr - Zəfər Günü münasibəti ilə də şəhid ailələri və fiziki məhdudiyyətli uşaqlar üçün tədbir planlamışıq".