Azərbaycanın xalq artisti Ağadadaş Ağayevin maraqlı videosu yayılıb.
Oxu.Az xəbər verir ki, video Qafqazinfo-nun elektron poçtuna göndərilib.
Videodan görünür ki, xalq artisti istirahət edir. Kafedə və yaxud hansısa istirahət mərkəzində gizli çəkildiyi hiss olunan videoda Ağadadaş Ağayev masa ətrafında olanlar üçün mahnı ifa edir.
Məclisdə işlədilən bəzi ifadələri kəsilib.
Yayılan video ilə bağlı xalq artistinin köməkçisindən isə cavab gəlib:
"Bu videodan Ağadadaş Ağayevin xəbəri var və videonu görüb".
Bunu AzNews.az-a Ağadadaş Ağayevin köməkçisi Əzizağa Qurbanov xalq artistinin gizli videosunun yayılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, kadrlar Ağadadaş Ağayevin konsertindən sonra çəkilib:
"Bu kadrlar konsertdən sonra olub. Özü də çoxdan çəkilmə kasetdir. Məncə, narahat olacaq heç bir şey yoxdur. Axı, orada nə var ki?"