Meyxana ustadı Ağamirzə ANS-in efirində qadınların açıq-saçıq geyimlərindən hiddətləndiyini deyib.
Oxu.Az xəbər verir ki, publika.az-ın məlumatına görə, Ağamirzə belə xanımların heç vaxt diqqət çəkmədiyini də bildirib:
“Qadın qapalı geyinəndə daha gözəl olur. Qapanmaq qadının ismət, həyasından xəbər verir. Məni heç vaxt elə açıq-saçıq geyimli qadınlar cəlb etməyib. Mən hicablı qadına baxıram və deyirəm, necə ismətli qadındır. Onlara hər zaman hörmətlə yanaşıram. Bu gün şəhərə çıxırsan, cavan qızlar, xanımlar hamısı açıq-saçıq geyimdə gəzir”.
Ağamirzə istər səhnədə, istərsə də məişətdə adi xanımların açıq-saçıq geyimlər geyinməsinin əleyhinə olduğunu deyib. Meyxanaçı xanımlarla bərabər, plastik əməliyyat etdirən – qaşını alıb, başına tük əkdirən şou-biznesin kişi müğənnilərini də hədəf götürüb:
“İşlərinə qarışmıram, özləri bilər. Amma belə şeylərə pis baxıram və qəti şəkildə əleyhinəyəm. Mən özüm necə varamsa, eləyəm və axıradək da belə olacağam”.