Xalq artisti Ağaxan Abdullayevin oğlu Orxanın toyu olub.
Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin tanınmış simaları qatılıb. Onlar arasında millət vəkili Ziyad Səmədzadə, Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər - Sevda Ələkbərzadə, Lalə Məmmədova, müğənni Xatirə İslam və başqaları yer alıb.
Qeyd edək ki, A.Abdullayevin 4 oğlu var. Orxan muğam ifaçısının üçüncü övladıdır. Orxan tarzən kimi fəaliyyət göstərir.
A.S.
www.oxu.az