Çoxları Ajda Pekkanın səhnəyə kinodan gəldiyini zənn edir. Bu, yanlışdır... Ajda 1963-cü ildə “SƏS Kino Artisti Yarışması”nın qalibi olduğu zaman müğənni idi. İstanbul səhnələrinin gənc səslərindən biri idi. Həmin müsabiqə Ajda Pekkanın şöhrətini Türkiyəyə yaydı, bu günün Ajdasının olmasına səbəb oldu.

Ajda Pekkan 1962-ci ildə Çatıda mahnı oxuyarkən...
Ajda Pekkan musiqiyə nə zaman başlayıb, ilk dəfə harada səhnəyə çıxıb? Bu suallara dəqiq cavab vermək qeyri-mümkündür. Çünki bunu heç Ajdanın özü də bilmir ... “Çox köhnə tarixdir”,- deyir. “Ya hansısa toyda, ya da ibtdai sinifdə oxuyan zaman məktəbi təmsil edəndə...”
O, səhnədəki ilk addımlarını belə izah edir:
“Mən özümü tanıyandan rəqs edirəm, mahnı oxuyuram ... Kiçik yaşlarımda ələ-ovuca sığmayan bir uşaq olmuşam. Musiqi və rəqs istedadım var idi. Bir mahnını eşidəndə dərhal onu yarı-yarımçıq söyləyər, rəqs edərək musiqiyə rəng qatmağa çalışardım. Elə buna görə də məhəllədə qonşular mənə "Sən bizim məhəllənin səs və rəqs kraliçasısan” deyərdilər... Xəyal kimi xatırlayıram o günləri ... Kürəyimdə o günlərin modası, qabarıq paltar, başımda lent, toylarda, yığıncaqlarda ətrafa sevinc saçımağım indi bir tül pərdənin arxasında qalıb sanki...”

Uşaqlıq illərində məhəlləsinin rəqs və səs kraliçası olan Ajda Pekkan (soldan dördüncü) məktəb tədbirlərinin birində....
Kiçik Ajda böyüyür, məktəb çağına gəlir ... Orta məktəb və Çamlıca Qız Liseyi ... Səs və rəqs kraliçalığını yenə heç kimə vermir. Və hər keçən gün müğənni olmaq xəyalı daha da çox yuxularına girməyə başlayır... Mina- sevdiyi səsdir ... Həmişə onun kimi olmaq, onun kimi milyonları ovsunlamaq istəyir ... Günlərin bir günü əcnəbi dildə mahnı əzbərləməyə qərar verir. Minanın bir mahnısını oxuyur: “İl Cielo İl Uno Stanza”. Bu, onun repertuarına daxil etdiyi ilk əcnəbi dildə olan mahnıdır.
Ajda Pekkan musiqi əsiri olduğu günlər haqqında danışmağa davam edir:
“Kollec vaxtlarında artıq gözümdə nə məktəb var idi, nə də ali təhsil. Təkcə bir şey düşünürdüm. Müğənni olmaq ... Bunun üçün bol-bol val dinləyir, radiodakı yüngül qərb musiqisi saatlarının heç birini qaçırmırdım. Və dayanmadan oxuyurdum ... Dost -tanış toylarında, məktəbi təmsil edəndə, paltar, qab-qacaq yuyanda, evi süpürəndə, hətta tualetdə...
Bir gün atamı bir təhər yola gətirib, məni Modadaki Lozanna Kluba aparması üçün razı saldım...O, masaların birində əyləşib içkisini qurtumlarkən, mən də klubun müdirindən bir mahnı oxumaq üçün icazə istədim. Qəbul etdi. “Haydi, qızım”,- deyib, səhnənin boşaldığı bir anda mikrofonu əlimə uzatdı”.
Ajda Pekkanın peşəkar səhnə ilə ilk tanışlığı bax belə olur. 1962-ci ildə...
“Səsimi hər kəs bəyənmişdi. Artıq atamla tez-tez kluba gedir, səhnəyə çıxırdım. Bir müddətdən sonra klubun müdiri mənə belə bir təklif etdi: “75 lirəyə həftədə iki gecə səhnəyə çıxarsan?”. Soruşularmı?...”
Artıq Ajda Pekkan peşəkar müğənninidir. Lozanna Klubda həftədə 75 lirəyə çalışır, Şərif Yüzbaşıoğlu proqramını bitirdikdən sonra pulsuz mahnı oxuyur. Sonra Fənərbaxça Yelkən Klubunda Atilla Berkan Orkestrı ilə çalışmağa başlayır. O dövrün ən məşhur gecə klubu Çatıda İlham Gençerlə səhnəyə çıxması, “SES Kino Artisti Yarışması”na fotoşəkil göndərməsi və birinci olması ... Artıq 1963-cü ildir ...

Gəzinti zamanı çəkilən foto. 7 yaşlı Ajda Pekkan (əvvəldə soldan birinci) və bacısı Semiramis Pekkan.
“ "Yeşilçam"da düz 3 il qaldım. Bu müddət ərzində 30-a yaxın filmdə iştirak etdim, çoxunda baş rolda oynadım ... Amma nə yalan danışım kino məni qane etmirdi. Mənim könülümdəki müğənnnilik idi. Kamera qarşısındakı zorla ağlamaq, qəhqəhə çəkib gülmək mənə komik gəlirdi. Sonda qərarımı verdim. Kinodan qazanacağımızı qazanmışdım. Adımı Türkiyəyə eşitdirmişdim. Təkrar müğənniliyə geri döndüm...”
Və müğənniliyə geri qayıdır Ajda Pekkan ... 3 illik fasilədən sonra ilk dəfə Adanada səhnəyə çıxır və qəbul edilmir. Amma əyılmir, sınmır ... Böyük müvəffəqiyyət əldə edir. Regal val şirkəti ona, o dövrün məşhur mahnısı «Strangers in the Night» ın Fecri Ebcioğlu tərəfindən türk dilində yazılmış “İki Yabancı” nı oxudur. Qısa zamanda 65 min val satılır. Ajda Pekkan Türk pop dünyasının bir nömrəli qadını olur...
“Musiqidən çox şey gözləmirdim. Yalnız orta səviyyəli müğənni olmaq, pul qazanmaq istəyirdim. Amma “İki Yabancı” çox maraq olduğunu görəndə özümə olan güvənim artdı. O günlərdə pərdə arxasından səhnəyə böyük bir axın var idi. Səhnəyə çıxan kino ulduzları sərt şəkildə tənqid olunurdu. Mənim kinodan əvvəl müğənnilik etdiyim nəzərə alınmır, mən də onların arasına daxil edilirdim. Müğənni olmqada əsas mübarizəm üzərimə atılan bu ləkəni “Pis müğənni, səhnədə mini ətək geyib pul qazanan müğənni” kəlməsinin üzərimdən qaldırmaq oldu.
Ajda Pekkan yaxşı müğənni olduğunu isbat edə bilmək üçün 1966-cı ilin sonunda gərgin işləməyə başalayır. Şərif Yüzbaşıoğlundan aylarla dərs alır. Qərb musiqisini ən yaxşı şəkildə söyləyə bilmək üçün qorxmadan işləyir ... Və nəhayət Afina Lirik Olimpiyadasının yolu görünür...

1972-ci ilin Ajda Pekkanı...
“ Festivala ilk getdiyim il “Ajda hərhalda səhnəyə bikiniylə çıxıb, mahnı söyləsə alqışlanıb, münsiflərdən səs alacaq”,- deyə mənə lağ edirdilər. Sinir sistemim pozulmuş vəziyyətində Afinaya getdim. Festivalda canımı dişimə sıxıb 4-cü oldum. Geri dönəndə artıq heç kimin deyiləcəck bir sözü qalmamış, Ajda Pekkanın yaxşı müğənni olduğu qəbul edilmişdi. Savaşı mən qazanmışdım ".
(Yazı: Mine Baykara – “Səs” dərgisi - 8 Yanvar 1972.)
Aytən Sadıqzadə