Türkiyəli aktrisa Ahu Tuba bədbəxt hadisə ilə üzləşib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa inşaat materialları alarkən ucu şiş dəmir gözünə batıb. Dərhal xəstəxanaya aparılan A.Tubanın gözünə 17 tikiş qoyulub.
“Onun gözəl gözlərinə nəzər dəydi”,- deyə Tubanın sənət dostu Onur Akay bildirib. Onun sözlərinə görə, hazırda aktirsanın vəziyyəti yaxşıdır.
Aytən Sadıqzadə