Bu yaxınlarda qızları Elizin ilk ad gününü ayrılıqda qeyd edən türkiyəli müğənni Alişan və həyat yoldaşı, aktrisa Buse Varolun boşanma mərhələsində olduğu ortaya çıxıb.
Gizli şəkildə məhkəmə proseslərinə başlayan cütlük xəbərin yayılmamasına maksimum diqqət göstərsə də, cütlüyə yaxın mənbələr boşanma faktını təsdiqləyib.
2018-ci ildə ailə quran və bir il sonra oğulları Burakı, 2021-ci ildə qızları Elizi qucağına alan Alişan və Buse Varolun evliliklərinin üzərində bir müddətdir qara buludların dolandığı məlum idi.
Buse Varol bir müddət əvvəl “Instagram” hesabından Alişanla olan bütün şəkillərini silib və nişan üzüyünü çıxarıb.
Mənbə: Snob Magazin