Model-aparıcı Çağla Şıkelin ad günü partisindən çıxdıqdan sonra müğənni Alişanın pulqabısı oğurlanıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, pulları götürən oğru pulqabını Alişanın yaşadığı küçəyə ataraq qaçıb.
İfaçı oğurlanan pulqabıda kredit kartları və şəxsiyyət vəsiqəsi olduğu üçün polis bölməsinə xəbər verib və qəzetə elan yerləşdirib.
Səhəri gün həmin küçədə yaşayan bir biznesmen tapdığı pulqabını Alişana təslim edib.
İfaçı “Pulları oğurlayana halal olsun. Heç olmasa şəxsiyyət vəsiqəsi və kartları xilas etdik” deyib.
Pulqabıdan isə 400 ABŞ dolları, 50 Azərbaycan manatı və 20 funt oğurlanıb.
Aytən Sadıqzadə
www.oxu.az