Əməkdar artist Almaz Ələsgərli “Düzünü desək” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, verilişdə ikinci nikah mövzusu müzakirə edilib. Müğənni qızlarından danışarkən göz yaşlarına boğulub:
“Qız anası olmaq çətindir. Hər zaman qızlarıma dayaq olmuşam. Heç bir ana istəməz ki, övladı pis olsun. Heç vaxt həyatda sınmamışam. Arzu ilə, ümid ilə yaşamışam. İnanıram ki, gün gələcək mən də xoşbəxt ana olacam. Heç vaxt istəmərəm qızlarım da mənim taleyimi yaşasınlar, mənim çəkdiyim əziyyəti çəksinlər”.
Qeyd edək ki, A.Ələsgərlinin hər iki qızı həyat yoldaşından ayrılıb.
Aytən Sadıqzadə